beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyə Namaz,iman yaddan çıxıb ?

Ömür ötüb keçir haram-haram

Oynayırsan qumar aram-aram

Heç demirsən bir gün uduzaram

Niye axi Quran yaddan çıxıbdır ?

Niye Namaz,iman yaddan çıxıbdır ?
*******

Hər gün kafe,restoran,barlardasan

Yemək içmək,əyləncə,bulvardasan

Sual ver bir ,özünə sən hardasan ?

Niye axı Quran yaddan çıxıbdır ?

Niye Namaz,iman yaddan çıxıbdır ?

*******
Bəsdi daha kortebii həyatlar

Dominolar,kazinolar,şahmatlar

Boşa keçir tanrı verən saatlar

Niye axi Quran yaddan çıxıbdır ?

Niye Namaz,iman yaddan çıxıbdır ?

*******
Həm namazdan,ibadətdən kənarsan

Belə getsə cəhənnəmdə yanarsan

Puldan ötrü vətənini danarsan

Niye axi Quran yaddan çıxıbdır ?

Niye Namaz,iman yaddan çıxıbdır ?

*******
Bu dünyanın naz-neməti fanidir

Həyat gəldi-gedər ,ölüm anıdır

Düşün bir gün ölümün zamanıdır

Niye axı Quran yaddan çıxıbdır ?

Niye Namaz,iman yaddan çıxıbdır?

*******
Lüt gəldik dünyaya , lüt gedəcəyik

Bir gün bu dünyani tərk edəcəyik

Var-dövlət yığırıq...ölməyəcəyik ?

Niye axi Quran yaddan çıxıbdır ?

Niye Namaz,iman yaddan çıxıbdır ?

*******
Çalışaq heyatda yaxşılıq edək

Yaxşı əməl edək,cənnətə gedək

Allahı,islami,Quranı sevək

Niye axi Quran yaddan çıxıbdır ?

Niye Namaz,iman yaddan çıxıbdır ?


Tarix: 03.12.2014 / 17:17 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar