beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab Baglayan Floranın Musahibesi

Ali məktəbə ən yüksək balı toplayan
Flora Qafarova AzVision.az -a
müsahibə verib
-Flora, bir az özünü tanıt..
-Sumqayıtda anadan olmuşam. 18
yaşım var. 2002-ci ildə Texniki və
Təbiət Elmləri Liseyinə daxil
olmuşam.
-Orta məktəbdə qiymətlərin necə
olub?
-Birinci sinifdən 11- ci sinifə kimi əla
qiymətlərlə oxumuşam. Həmişə
ingilis dili müəlliməsi olmaq
istəmişəm, 3-cü qrupu da ona görə
seçdim. Sonra fikrimi dəyişdim, indi
tərcüməçi olmaq istəyirəm.
Fikirləşdim ki, müəllimə ola
bilmərəm.
-Nə üçün düşündün ki, müəllimə
ola bilməzsən?
- Bəzən dərslərini öyrənməkdə
qardaşıma kömək edirəm, görürəm
ki, öyrətməyə səbrim çatmır. Belə bir
nəticəyə gəldim ki, müəllimə ola
bilmərəm. Bu, böyük səbr tələb edir.
-Niyə başqa universitetləri yox,
məhz Qafqaz Universitetini
seçirsən?
-Bir neçə dəfə orada olmuşam,
təhsili çox xoşuma gəlir.
-İngilis dilini çox yaxşı bilirsən?
-Hə bilirəm, amma söz bazam yetərli
deyil. Çalışacam ki, bu problemi də
gələcəkdə aradan qaldırım.
-Təhsilini xaricdə davam
etdirmək istəyərdinmi?
-Xeyr, hələ ki Azərbaycanda təhsil
almaq istəyirəm.
-Çox savadlısan. Gələcəkdə bunu
necə dəyərləndirmək istəyirsən?
-İxtisasımı dəyişmək istəyirəm.
İstərdim ki, həkim olum.
-Bəs belə ani qərar verməyə səni
nə vadar etdi?
-Əvvəllər də bu barədə
düşünmüşdüm, amma artıq gecdir,
bildiyiniz kimi 3-cü qrupu seçdim.
Həkim olmaq üçün isə sənədlərimi 4-
cü qrupa verməli idim. İndi yardıma
ehtiyacı olan çox adam var, maddi
imkansızlıqdan müalicə oluna
bilmirlər. O insanları gördükcə,
onlara daha çox xeyir vermək
istəyirəm. Fikirləşirəm ki, həkim
olsam, bir köməyim dəyər.
Tərcüməçi olsam, ancaq özümə xeyir
verəcəm.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar