beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkəbbürdən qurtulmaq üçün nə etməli?

Təkəbbürdən qurtulmaq üçün nə etməli?

Təkəbbürlük sifətinin müalicəsi və təvazökarlığın insanda daimi xüsusiyyət halına gəlməsi üçün alimlərin bir neçə tövsiyələri var. Birincisi salam verməkdir. İnsanlar bir-birinə salam verməkdə bəhsə girməlidirlər. İslamın məntiqi budur ki, salamı sən birinci verməlisən. Hədislərdə var ki, salam vermək təvazökarlıqdan sayılır


İnsanın təkəbbürdən canını qurtarmaq və təvazökar olması üçün ikinci əməl etməli olduğu şey özünü xidmət etməyə öyrəşdirməsidir. Biz Peyğəmbərin (s) həyatında belə nümunələrə rast gəlirik. Həzrət Peyğəmbər (s) buyurur ki, Allahın öz işini dostuna tapşırandan zəhləsi gedir. Buna görə də insan insanlara xidmət göstərməyə, insanların qulluğunda durmağa adət etməlidir. Bu xüsusiyyət insanın təkəbbürünün müalicəsində çox mühümdür. İmam Əlinin (ə) də belə xüsusiyyətləri var, İmam Səccad (ə) barəsində də nəql edirlər ki, tanıdığı insanlarla səfərə çıxmazdı. Çünki onun Peyğəmbər (s) balası olduğunu bilib, qulluğunda dururdular. Buna görə də onu tanımayan karvanla səfərə çıxardı ki, insanlara xidmət edə bilsin. Bu, həmin xidmət xüsusiyyətinin göstəricisidir.

Üçüncü xüsusiyyət isə məclisin yuxarı başında oturmağa can atmamaqdır. Hədisdə var ki, insanın bir məclisdə özünün layiq olduğu yerdən, məqamdan aşağıda oturması təvazökarlıqdandır. Bu, çətin bir məsələ də deyil. İnsan əgər buna əməl etsə, yavaş-yavaş onda təvazökarlıq sifəti meydana gələrDördüncü sifət isə camaatla gözəl rəftar etməkdir. İmam Rzadan (ə) buyurulur: “Təvazökarlıq insanın digər insanlara o cür münasibət göstərməsidir ki, o cür rəftar etməsidir ki, özü ona o cür davranılanda sevinir”. Həmişə insan istəyir ki, onu gülərüz qarşılasınlar. Heç kim özünün acılanmasını istəməz. Deməli, insan digər insanlara elə rəftar etməlidir ki, özü onunla o cür rəftar edilməsini istəyi
r
.


Tarix: 03.12.2014 / 16:31 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı melumatlar