beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ateizmin Ateistliyi

Ateizm heç zaman məsuliyyətdən bəhs etməz. Məsuliyyət hissi bütün canlılar arasında, sadəcə, insana məxsus olan bir hissdir. Hər bir insan isə bu hissi öz daxili aləminin zənginliyinə görə mənimsəyir, dərk edir. Kiminsə məsuliyyət hissinin aşağı olması, onun daxili aləminin zəngin olmamasının göstəricisidir. Məsuliyyət hissi təkamül nəzəriyyəsinin aça bilmədiyi məsələlərdən biri olmaqla bərabər, ateizm, insanın sadəcə materiyadan ibarət olduğunu iddia etdiyi üçün insanın daxili aləmini və ondan gələn hər hansı bu kimi hissləri də qəbul etmir. Ateizmin məsuliyyətdən danışmağı rədd etməsinin əsas səbəbi də budur.


Atezizmin insanın ruhsuz və sadəcə maddədən ibarət olduğu iddiasına incəsənətin gözü ilə baxdıqda da bu iddianın cəfəngiyat olduğu görünür.

Rəssamlıq həyatında təkamül olmadığı kimi, sənətkarın həyatında da təkamül yoxdur. Hər bir rəssam yenidən çəkməyə baslayar və onda əvvəl kimsənin bir əsər meydana gətirmədiyi kimi calışar. Yəni başqasının təcrübəsindən deyil, ancaq öz təcrübəsindən faydalanar. Başqalarının təcrübəsindən istifadə, təcrübənin ardıcıllığı və toplanması elmin şərtlərindəndir.Rəssamlıqda isə başqasının təcrübəsindən istifadə etmək, təqlid, təkrarlama, akademizmdir, yəni rəssamlıq sənətinin ölümü deməkdir.

Pikasso yetmiş il rəssamlıq etmişdir və bu vaxt içərisində kubistik, yeni kubistik, empresiyonistik, sürrəalistik və yeni sürrəalistic dövrlərini yaşamışdır. Lakin bu bir təkamül, pisdən-yaxşıya, daha az mükəmməldən daha cox mükəmmələ dogru bir inkisaf deyildir. Tam mədəniyyət olduğu üçün, bu ardıcıl arayışın və istəyin dramı olma movzusudur.
Həmçinin, sənətin bir qurucu, təcrübədən xaric, tarixdən kənar, sirf bəşəri xüsusiyyəti ilə bağlı xeyli maraqlı dəlillər movcuddur. Məsələn, boyüklər üçün elm və uşaqlar üçün elm vardır. Elmi anlamaq, sonra onun haqqında mülahizələr yürütmək və ondan istifadə etmək təhsil, yaş və təcrübədən aslıdır.

Bax, Mozart, Bethoven, Şopenin əsərləri ilə aparılan araşdırmalar gostərmişdir ki, uşaqlar da böyüklər kimi klassik musiqidən ya anlayarlar, ya da anlamazlar. Bethovenin 32 sonata məcmuəsi eyni zamanda həm tələbələr üçün pedaqoji konsert ədəbiyyatı, həm də ən peşəkar pianoçular üçün əsərdir.

Pikasso iki yaşında ikən, yəni hələ danışmadığı yaşda şəkil çəkməyə başlamışdır. Ovid, başqa uşaqların ilk sözlərini deməyə başladığı yaşında həksametrə (şeir növü) vəznində danışmağa başlamışdır.

Göründüyü kimi, sənət əsər deyil, idrakdır. Təhsil vasitəsi ilə deyil, qəlb, könül, sevgi və ruh sadəliyilədir. Fransız rəssamı Cin Dubuffət (Jəan Dubuffət) yazır: "Bəzi kəndçilər işlərini bitirdiklərində bir ağac parçasını əllərinə alıb heykəl düzəldərlər. Bunu düzəltmək üçün on il akademik təhsilə getmək lazım deyil. Bununla demək istəyirəm ki, sənətin qapısı hər kəsə acıqdır. Xüsusi bir istedad və ya məktəb oxumaq istənilməz. Hər kəs sənətkardır".

Bu ifadələr bizə Tolstoyu və onun “Yasnaya Polyana”dakı məktəbini xatırladır. Orada Tolstoy dərin dini və əxlaqi həqiqətləri uşaqlarla müzakirə edərdi. Sənət, din və əxlaq anlayışının bilik və zəkadan gəldiyi deyil, daxildən gəldiyi görülür. Burada ağlın-ağla qarşı durma səbəbi deyil, qəlbin və ruhun başqa bir qəlbə və ruha qarşı durma səbəbidir. Ortada olan həqiqətlər mədəniyyətin "inkisafi" haqda olan fikirləri inkar edir. Mədəniyyətin tarixi yoxdur, insan isə dünya tarixinin dəyişilməzliyidir.

Ateizmdə insanın "ən insani" davranışı belə insani deyildir. Çünki ateizmdə insan, insan deyil, “kamilləşən” heyvandır. Bu baximdan əxlaqlı bir ateist ola bilər, lakin ateizmin əxlaqı yoxdur. Ateizm insanın şəxsi əxlaq anlayışını qəbul etmədiyi üçün insanın əxlaqlı olmasını da tələb etmir.

Heyvan üçün ətrafda olan şeylər olduğu kimidir. Halbuki insan çox erkən yaşlarından öz xəyali dünyasını qurur və ona fiziki olaraq yaşadığı dünyadan daha çox bağlanır. Aristotel ağıl və düşüncə arasında olan fərqi insanı və ilahi arasındakı fərq olduğunu iddia edir. Aristotelin bu fikrinə bir az ayıq başla baxdıqda görəcəyik ki, bu iddia hər şey və heç bir şey deməkdir. Ağıl fitri (anadan gəlmə), düşüncə isə sonrada qazanmaqla olur. Biri digərini tamamlayır və bir-birindən aslıdırlar.

Heyvanda hər şey fitridir. O, düşüncə vasitəsilə heç nəyi sonradan qazanmır. Bir pişiyi nə qədər təlim etdirərək siçan ilə dostluq etməyə məcbur etsələr də, həmin o pişik bir gün siçanı yeyəcək. Çünki pişiyin fitrətində siçanı yemək xüsusiyyəti var. Bu cür yüzlərlə misallar göstərmək mümkündür.
Atezm insanın düşüncə ilə əldə etdiyi nailiyyətini, təkmilləşməsini insanın təkamülə borclu olduğu şəklində göstərir. Başqa sözlə desək, insan qazandıqlarına görə öz düşüncəsinə, zəkasına deyil, "öz-özünə baş verən" təkamülə minnətdar olmalıdır. Təcrübədə isə təkamül insanın məhsuludur, insan təkamülün deyil.

Qərbin ilk böyük ateist yazıçılarından olan Dietriç von Holbaç (Dietrich von Holbach) "Təbiətin sistemi, Mənəviyyatın Hüququ və Fiziki Dünya" (The System of Nature or Law of Moral and Physical World) əsərində yazır: "İnsan hərəkətlərinin tək mühərriki mənfəətidir. Vicdan əzabı isə hərəkətlərimizin, mühitimizin kin və nifrətini üzərimizə çəkə biləcəyimizi düşünərək hiss etdiyimiz qorxudur". Belə olduğu təqdirdə ateizm, özünün də qarşı çıxdığı insanda olan tərbiyədən, humanizmdən, əxlaqdan, incəsənətdən, sosial ədalət anlayışından, məsuliyyətdən necə bəhs edə bilər?

Holbakdan sonra Darvin, Hitse, Galton, Freud, Kamus (Camus), Adam Smith və s. gələrək insanın sadəcə öz mənfəətini düşünməsi və yalnız güclülərin yaşama haqqı olduğu kimi fikirləri bəşəriyyətə aşıladılar. Azərbaycan cəmiyyəti bu fikirlərin ən bariz nümunəsidir. Çox təssüff…


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 334 Bölmə: Maraqlı melumatlar