beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Etməyəcəyi şeyi demək.

Etməyəcəyi şeyləri demək Qur`an əxlaqına uyğun yaşamayan, Quran əxlaqından xəbərsiz olan insanlara xas xüsusiyyətlərdəndir.

Belə insanlar özlərini olduqlarından üstün və vacib insan kimi göstərmək, lovğalanmaq məqsədi ilə edə bil­məyəcəklərini deyir, öhdəsindən gələ bilməyəcəkləri işlərdən bəhs edirlər. Müvəqqəti xeyir və mənfəətlər əldə etmək üçün əslində etməyə niyyətləri olmadığı şeyləri vəd edirlər.
Bu qeyri-səmimi hərəkətlər cəmiyyətdə çox da unudulmayan və əhəmiyyət verilməyən, vərdiş edilmiş bir davranışdır. Halbuki insanların edə bilməyə­cəklərini demələri Allah dərgahında sevilməyən və günah kimi xarakterizə edilən bir davranışdır:

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah ya­nında böyük qəzəbə səbəb olar» («Səff» surəsi, 2-3).

Ayələrdə pislənən bir çox mənfi xüsusiyyətlər - yalançılıq, ikiüzlülük və qeyri-səmimilik kimi cəhətlər də bu davranışa daxildir. Quranda göstərilən gözəl əxlaqa ən uyğun şəkildə yaşamağı özlərinə prinsip kimi qəbul etmiş möminlər Allah dərgahında pislənən bu davranışdan uzaq olmağa çalışırlar.


Tarix: 03.12.2014 / 15:47 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar