beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Hekayedir

Merhum Hacı Nuri "Necmüs-Saqib"de daha çox " Ali-Talib" kimi tanınan böyük alim Şeyx Baqir Kaziminin dilinden bele bir ehvalat neql edir: "Ali-Rehim"süalalesinden olan Şeyx Huseyn Rehim adlı mömin bir şexs (elece de bu ehvalatı Hindliler mescidinin imamı,son derece teqvali ve hamının etimadını qazanan Şeyx Taha da) neql edir ki, Şeyx Huseyn Rehim son derece mömin,teqvalı ve gözel tebietli bir şexs idi. Ag ciyer xesteliyine tutuldugundan çox eziyyet çekir, hetta bezi hallarda qanli öskürürdü de. Amma onun derdi bununla bitmirdi. Yoxsulluqdan eziyyet çeken Şeyx Rehim hetta özünün gündelik ehtiyaclarını bele ödeye bilmirdi. Bu sebebden de bir çox hallarda Necef-Eşrefin etrafında meskunlaşmış ereblerin yanına gedib onlardan yemek-içmek alardı. Bele bir agır şeraitde qonşulugunda yaşayan qıza aşiq olmuşdu.
Amma yoxsul ve xeste oldugundan qızı ona vermirdiler. Bu sebebden de son derece meyus ve kederli idi. Yoxsulluq ve xestelik ona o qeder güc gelir ki, bele qerara gelir Necef-Eşrefde ehtiyacların aradan qaldırılması üçün tövsiye edilmiş emelleri o da yerine yetirsin. Hemin emel ise qırx çerşenbe axşamı Kufe mescidine gedib, fedası oldugumuz Imam Zamanla (e) görüşüb isteklerin ondan istenilmesinden ibaret idi. Nehayet, o qırx çerşenbe axşamı Kufe mescidine gedib, Imam Zaman (e)-dan kömek dileyir. Merhum Şeyx Baqir Kazimi deyir:Şeyx Hüseynin özü deyir ki, men qırx çerşenbe axşamı Kufe mescidine getdim ve çalışdım ki, bir defe de olsun fasile vermeyim. Sonuncu çerşenbe axşamı yene Kufe mescidine getdim. Qış fesli oldugu üçün hava bir qeder soyuq ve buludlu idi, az-az yagış da yagırdı.Sinemden qan geldiyinden ve onun qarşısını almaq üçün heç bir vasitem olmadıgından mescidin heyetindeki oturacaqda oturmuşdum. Menim geyinmek üçün isti paltarım da yox idi.
. Derdim -qemim çoxalır, dünya gözlerim önünde zülmet bir yere çevrilirdi: Ilahi! Qırx çerşenbe axşamıdır ki, bura gelirem, bu vaxta qeder ne bir adam görmüşem, ne birisi mene özünü gösterib, ne de ki, isteyim yerine yetmişdir. Axı bu qeder ezab-eziyyet çekmişem.... Neçe-neçe axşamlar ümid baglayaraq qorxu-hürki ile buraya gelmişem, amma bir xeber yoxdur. Bu fikirde bir fincan qehve süzüb içmek isteyirdim ki, bir de gördüm bir nefer ereb birinci qapıdan meni görüb yanıma gelmeye başladı. Uzaqdan onu görcek, narahat oldum ve öz-özüme dedim ki, yeqin o da mescidin etrafında yaşayan çöl ereblerindendir. Gelib az olan qehvemi de içecek ve meni bu soyuq havada qehvesiz qoyacaqdır. Bu sebebden daha çox narahat olmaga başladım. Nehayet, hemin şexs mene yaxınlaşıb adımı çekerek salam verd ve qarşımda eyleşdi. Adımı haradan bildiyinden teecüblendim. Çünki o vaxta qeder meni hele bir defe de olsun görmemişdi. Sonra öz-özüme bele fikirleşdim ki, belke de o Necef-Eşrefin kenarında yaşayır ve men bir gün onların yanına gedib qonaqları olmuşam. Bunun üçün de ondan hansı tayfadan oldugunu soruşdum. Dedi: Men onların bezilerindenem. Bundan sonra men ondan hemin menteqede yaşayan her bir tayfa barede sual verib soruşdum: Siz o qebiledensiz? Dedi: Xeyr, onlardan deyilem. Deqiq cavab vermediyinden esebileşib mesxere ederek dedim: Sen "Ter-teri" qebilesinden deyilsen ki? Amma o esla narahat olmayıb gülümseyerek dedi: Eybi yoxdur, üreyin nece isteyir, meni oralı hesab et. Amma sen de görüm,ne üçün bura gelmisen? Dedim: Senin buraya ne üçün geldiyimi bilmeyinin heç bir faydası yoxdur. Dedi: Axı bura ne üçün geldiyini mene demeyinin ne zereri var? Onun gözel exlaq ve danışıq terzinden xoşum geldi ve onunla söhbet etdikce , ona qarşı yaranan mehebbetim daha da artmaga başladı. Cibimden tütün çıxarıb çubugumu doldurub ona teklif etdim. O ise istemeyib dedi: Özün çek men istemirem. Sonra bir fincan qehve süzüb ona verdim. Fincanı elimden alıb dodaqlarına vurub sonra mene verib dedi: Iç bunu.Qehveni alıb içmeye başladım. Nedense ona mehebbetim dahada artırdı. Qehvemi içib qurtardiqdan sonra dedim: Ey qardaş! Allah-teala bu gece seni gönderib ki, menimle hemsöhbet olasam. Menimle birgd hezret Müslimin qebri üste getmek isteyirsenmi? Dedi: Beli, gederem, amma gerek sen öz şerhi-halını mene danışasan. Dedim: Yaxşı danışaram. Men yoxsul bir adamam, özümü tanıdıgım günden de ele bu veziyyetde olmuşam. Neçe ildir ki, sinemden qan gelir ve nece müalice olunacagımı da bilmirem.
Özüm de cavan oglan ve subayam. Qonşulugumuzda bir qız var ki, onu sevirem, amma onu mene vermirler. Ruhaniler mene dediler ki, eger isteyine nail olmaq isteyirsense , hezret Sahibezzaman (e)-dam kömek dile ve qırx çerşenbe axşamı Kufe mescidine gedib orada gecele. Orada Hezreti görüb Ondan öz hacetini dile. Bu gece ise qırxıncı gecedir. Bu qeder zehmet çeksem de hele bu güne qeder onu görmemişem. Bu da menim isteyim. Dedi: Sinen bu günden yaxşılaşacaq ve o qızı da sene verecekler. Amma nece yoxsulsansa, ömrünün sonunadek elece yoxsul qalacaqsan. Men onun ne üçün bele danışdıgını başa düşe bilmedim ve bir daha ondan soruşdum: Hezret Müslimin qebri üste getmirik? Dedi: Qalx gedek. Özü qabaga düşüb mescide teref getdi ve mescide çatdıqda mene dedi: Iki rüket mescid namazı (tehiyyet namazı) qılaqmı? Dedim: Niye ki, qılaq. O qarşıda durdu,men de bir qeder arxada durub namaz qılmaga başladım. Hemd suresini oxudugu zaman onun qeyri-adi halda qiraet etdiyini ve namaz qıldıgını hiss etdim. Bele fikirleşdim ki, belke de o, Imam Zaman (e)-ın özüdür. Namaz qıldıgı vaxt onu böyük bir nur ehate etmişdi ve men heç cür onu göre bilmirdim. Amma namazın sözlerini qiraet etdiyini eşidirdim. Namazı kesmek istedim, amma hezretin qorxusundan kesmedim ve bir teher namazımı qılıb qurtardım. Amma namazdan sonra gördüm ki, onu her terefden ehate eden nur yuxarı qalxdı. Men aglaya-aglaya çölde ona qarşı hörmetsizlik etdiyim üçün üzrxahlıq isteyib dedim: Aga! Mene hezret Müslimin qebri üste getmeyi ved ver vermişdiniz. Ele sözümü başa vurmamış gördüm ki, nur qebire teref hereket etdi. Men de onun dalınca düşdüm. Gördüm ki, hemin nur hezret Müslimin günbezi altında dayandı. Gördüm o da oradadır. Men ise ele hey göz yaşları axıdırdım. Seher açıldıqda, nur göylere ucaldı. Bu ehvalatdan sonra sinem tamamile sagaldi ve bir neçe günden sonra o qızı mene verdiler. Amma yoxsulluq ise elece davam etdi.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 522 Bölmə: Maraqlı melumatlar