beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini yazılarda fala baxmaq barede ne düşünülür .

Fala baxmaq küfrdür. Onunla məşğul olan şəxs isə kafir sayılır. Fala baxan şəxslər müxtəlif vasitələrlə insanların falına baxırlar. Fala baxan şəxs sanki qeybi (gələcəkdə olacaqları) bildiyini iddia edir.

Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ya Muhəmməd! Onlara belə) de: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf surəsi 188-ci ayə).





Peyğəmbər (səllallahu aleyhi və səlləm) kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin (fala baxanın) yanına gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur.Fala baxan, sehr və cadu ilə məşğul olan şəxslər bu əməlləri cinlər və şeytanlar vasitəsi ilə edirlər. Həmin cinlər və şeytanlar da bu cür insanlara onlar Allaha şərik qoşduqdan sonra kömək edirlər. Allah sehr və cadu ilə məşğul olanları kafir adlandırmışdır. “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. (əl-Bəqərə surəsi 102-aya).



İslama görə, fala baxmaq böyük günahlardan olduğu kimi, fala baxdırmaq və falçı yanına getmək də böyük günahlardan hesab edilir. Quranla fala baxmaq və kiminsə taleyini söyləmək mümkün deyil. Çünki Quranda heç kəsin şəxsi işləri barədə deyil, İslamın qanunlarından söz açılır. Quranla fala baxmaq iddiası ilə çıxış edən falçılar bizim öz dinimizdən məlumatsızlığımızdan sui-istifadə edərək, bu cür işlər görürlər. Əgər biz Müqəddəs Kitabımız olan Quranla tanış olsaq, təbii ki, həm falçılar bizi aldada bilməzlər,Falçılar təkcə Quran kitabı ilə deyil kartla ,zərlə, şəkərlə, düyü ilə. su ilə, qum ilə, kofe ilə və s əşyalar, ərzaqlar ilə fala baxırlar.

Allah buyurur: "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam surəsi 59-cu ayə)


Tarix: 03.12.2014 / 15:25 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar