beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buyurun oxuyaq!

Bir gün bir nəfər saç və saqqalını təraş etdirmək üçün bir bərbərin yanına gedir.İşin gedişində onlar müxtəlif mövzularda gözəl söhbət elədilər.Birdən Allahla bağlı mövzu açılır....
Və bərbər:Mən sənin dediyin kimi Allahın varlığına inanmıram. Adam soruşdu:Yaxşı niyə inanmırsan?
Bərbər:Bunun çox sadə izahı var.Bunu görmək üçün bayıra çıxmaq lazımdır.Mənə deyə bilərsən,əgər Allah varsa bu qədər çətinliklər,sıxıntılar,xəstə insanlar olardı? Tərk edilmiş uşaqlar olardı heç?Allah olsaydı,heç kim iztirab çəkməzdi,bir-birlərini incitməzdilər,Allah olsaydı bunların heç birinə icazə verməzdi .
Adam bir anlıq durub düşündü,amma gərəksiz mübahisəyə girmək istəmədiyindən cavab vermədi.Bərbər işini qurtardıqdan sonra adam bayıra çıxdı.Elə ordaca uzun saçlı-saqqalı birini gördü.Görünüşündən bəllidir ki, uzun zamandır təraş olunmamışdır.Adam bərbərin yanına qayıtdı.
Adam:Bilirsən məncə bərbər deyə biri yoxdur.
Bərbər:Bu necə ola bilər ki?mən burdayam və bir bərbərəm
Adam:Xeyir , sən yoxsan ,çünki sən olsaydın yolnan keçən uzun saçlı-saqqalı adamlar olmazdı.
Bərbər:Hmmm…… bərbər deyə bir var,amma o insanlar mənim yanıma gəlmirlərsə mən nə edə bilərəm ki?
Adam:Tamamilə doğrudur!!! Işdə burasındadır ki,Allah var,insanlar ona getmirsə bu onların seçimidir,elə buda dünyada bu qədər iztirab və kədərin olmasının səbəbidir!!!
“Başa gələn hər bir müsibət Allahın izniylədir,
Kim Allaha inanırsa,Allah onun qəlbini ,doğru düşüncəyə çatdırar”
(Tegabun suresi,11)


Tarix: 03.12.2014 / 15:11 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar