beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yetim Uşag

Həyatını günahlarla doldurmuş bir adam yağışlı və palçıqlı bir gündə
ayağı sürüşür və yerə yıxılır. Yıxılan zaman üstündəki paltarlar
çirklənməsin deyə əlləri ilə yerdən tutur və ayağa qalxır. Yerdən
tutuduğu üçün sağ əli daha çox çirklənmişdi. Amma bu bədəvi və
mədəniyyəti olmayan biri əlini yumaq yerinə bir yerə silməyi üstün
tutur. Siləcək bir yeri olmadığından həmin anda yoldan keçən bir
uşağın başını oxşayaraq əlini silər və ordan ayrılar. Bu hərəkətdən
uşağın xəbəri belə olmadı. Adam qısa bir müddət sonra günahlarına
tövbə edəcək fürsət belə tapmamış vəfat edir. Getdiyi yer mələklər
tərəfindən göstəriləcəyi zaman çox qorxar, çünki həyatı baş bütün
günahlarla doludur. Cəhənnəmi gözləyərkən həmin anda mələklər ona
cənnət bağçalarından bir bağça göstərirlər. Adam çaşıb qalır və bu
qədər günahı olduğu bir halda necə olurda Allah ona cənnəti nəsib
edər - O quluma söyləyin, bir gün əli palçığa bulaşdığında, o, əlini
silmək üçün bir uşağın başını oxşamışdı. Etdiyi hərəkət yalnış olsa
belə o uşaq yetim idi. Kimsə ona yaxınlaşıb başını oxşamamışdı. O
qulum pis niyyətli olsa da o yetimi o qədər sevindirdi ki; mən də o
gözəl yetim qulumun hörmətinə o günhkar qulumu bağışladım.
Peyğəmbərimizdən bir hədisi "Kim məhəbbətlə əlini bir yetimin
başına çəksə, Allah qiyamət günü yetimin başındakı tükün sayı qədər
ona nur bağışlayacaq"


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar