beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN QURANDA DİQQƏT ÇƏKDİYİ QADINLAR 14:54

İnsanları doğru yola çatdıracaq olan, Quran ayələrinə tabe olmaqdır. Bu gerçəyi Allah,
“Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.Bu böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!” (Qəmər Surəsi, 4-5)


ayələriylə bildirmişdir. Bir başqa ayədə isə Allah,
“Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.” (Yusuf Surəsi, 111)
sözləriylə, Qurandakı hekayələrin hikmət gözüylə baxanlar üçün ibrət və ya nümunə götürüləcək bir çox öyüd ehtiva etdiyini xatırlatmışdır.
Allah, iman edənlərin öyüd və ibrət almaları gərək olan bu hekayələrdə, iman edib Özünə könüldən təslim olan salehə qadınlardan bəhs etmiş, onların nümunə götürüləcək gözəl əxlaq xüsusiyyətlərinə diqqət çəkmişdir. Bununla bərabər ayələrdə, imana dəvət edildikləri halda, müşrik əxlaqı göstərməkdə davam edərək Allahın rəhmətindən uzaqlaşan qadınlar haqqında da məlumat verilmişdir.

İrəliləyən sətirlərdə Allahın Quranda yer verdiyi salehə qadınların iman edənlər üçün nümunə olan gözəl əxlaqlarına diqqət çəkəcək, bununla bərabər, peyğəmbərlərin himayəsi altında olduqları halda imanın üstünlüyünü qavraya bilməyərək inkara gedən qadınların, ibrət götürülməsi lazım olan cəhətlərini araşdıracağıq.


Tarix: 24.11.2014 / 12:29 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar