Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AŞURA

Qəməri ayların ilki olan Məhərrəmin onuncu günü Aşura adı ilə tanınmışdır. Bu gundə oruc tutmaq Allaha xoş gedən əməllərdəndir. Aşura orucu deyilən bu oruc İslamdan öncə Ərəblərdə də mövcud idi. Aşura kəliməsinin ibranicə aşurdan gəldiyi və o gündə ərəblərin də oruc tutduğu diqqətə alınarsa, kəlimənin bütün Sami dillər arasındakı ortaq bir kəlimə olduğu anlaşılır. Bu kəlimə yəhudilərdə böyük kəfarət günü üçün işlənmişdir.Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!) Mədinəyə gəldiyi zaman Yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və bunun nə orucu olduğunu soruşdu. Cavab olaraq belə dedilər: Bu gün xeyirli bir gündür. Allah İsrail oğullarını Fironun zülmündən məhz bu gün qurtarmışdır və Musa peyğəmbər (Allahın salamı ona olsun!) Allaha şükür əlaməti olaraq bu gün oruc tutmuşdur. Bizdə ona görə oruc tuturuq.
Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!): Biz Musanın sünnətinə (yoluna) sizdən daha yaxınıq dedi və o gün oruc tutdu və əshabələrinə də oruc tutmalarını əmr etdi.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 287 Bölmə: Maraqlı melumatlar
loading...