Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük övliyalardan Hikmətli Sözlər...

Sirri Səqəti böyük övliyadır. O, Cüneyd Bağdadi həzrətlərini dayısı və müəllimi, Məruf Kərxinin isə tələbəsi olmuşdur.Xeyli müddət Bağdadda yaşamışdı. Qırx dəfə piyada Həccə gedib gəlmişdir. Zühd və ədəb-ərkanla bağlı bir çox rəvayətləri var. İlk dəfə ttovhid elmi haqqında danışan Sirri Səqəti olmuşdur. O, hicrətin 251-ci ilində Bağdadda vəfat etmişdir.
Sirri Səqətinin hikmətli sözlərindən bir neçəsi:





- Hər kəs öz nəfsini tərbiyə etməkdən acizdirsə, başqasına ədəb öyrətmək işində daha aciz olar.





- Hər kəs öz ayıblarını görməyib, başqasının ayıbları ilə məşğul olursa, deməli, həlak olmaq üzrədir.





- Zənn və şübhə ilə heç bir din qardaşından ayrılma.





- Dini, istəklərindən üstün tutmayınca, bəndə kamil ola bilməz.





- Yaxşı xasiyyət odur ki, xalqı incitməyəsən və onlardan gələn sıxıntılara qatlaşasan.





- Hər kəs Allahın sevimli bəndəsisən deyəndə bundan xoşlanırsa, bilsin ki, nəfsinin əsiridir.





- Allah-təalanın üç şeyə qəzəbi tutar: vaxtı boş yerə keçirməkr, insanları məsxərəyə qoymaq, qiybət etmək.





- Ən böyük qüvvət odur ki, nəfsinə qalib gələ biləsən.





- Qiyamət günü ümmətlər peyğəmbərlərinin adları ilə çağrılacaqlar, ey İsanın, ey Musanın və ey Mühəmmədin ümməti deyə səslənəcəklər. Yalnız Allaha məhəbbət bəsləyənləri “ Ay Allahın övliyaları, Allah-təalaya sarı buyurun” – deyə çağıracaq, onlar da nəşə və həyəcandan cuşa gələcəklər.



Şəqiq Bəlxi Bəlx şəhərinin övliyalarındandır. Atasının adı İbrahimdirə İbrahimlə bin Ədhəmlə dostluq etmiş, onun kəramətlərindən feyz almışdım. Şəqiq Bəlxinin tövbə etməsi haqqında belə danşırlar:
Türk elinə ticarətə getmişdi. Varlı və igid bir gənc idi. Bir bütxanəyə girdi. İçəridə bütlərə baxan, saçını-saqqalını qırxmış, qırmızı bezdən libas geymiş bir xidmətçı gördü. Xidmətçiyə dedi ki: “ Sənin Diri, hər şeyi Bilən, Qadir bir Yaradanın var. Ona ibadət et. Sənə zərər və ya fayda verməyə qadir olmayan bütlərə sitayiş etmə”. Bütpərəst belə cavab verdi: “ Əgər dediyin kimidirsə, Yaradan dediyin sənə öz məmləkətində ruzi verməyə qaidrdir. Ticarət üçün bəs niyə buralara gəldin?” Şəqiq Bəlxi bu sözdən təsirləndi və bundan zühd ylunu mənimsədi...
Şəqiq Bəlxinin hikmətli sözlərindən:

- Allah yolu dörd şeydədir: ruzisindən əmin olmaq, işlərində ixlaskar olmaq, şeytanı düşmən bilmək və ölümə hazır olmaq.





- İnsanı tanımaq istəyirsənsə, onun Allahın sözünəmi, yoxsa insanların verdikləri sözəmi daha çox güvəndiyinə diqqət et.





- Ölümə həmişə hazır olmaq lazımdır, çünki ölüm elə şeydir ki, gəldisə, geri dönməz.





- Əgər sən birinə bir şey verməyi sənə bir şey verməkdən çox sevirsənsə, deməli, dünyanı yox, axirəti sevirsən.





- Müsibəti fəryad edən bir kəs əlinə silah alıbsa, o deməkdir ki, Allah-təalaya qarşı hərbə çıxıb.





- Qorxunun əlaməti haramları tərk etmək ümidin əlaməti durmadan itaət etmək, məhəbbətin əlaməti isə hər an şövq və peşimanlıq içində olmaqdır.





- Dilini qoru. Savabını tərəzində görmədiyin sözü söyləmə.

İbrahim Həvvas kəramətləri ilə məşhur olan sufilərdəndir. Təvəkkül yolunu tutan İbrahim Həvvas yüksək məqamlar və kəramətlər sahibi olmuşdur. Məhz buna görə də adı yaşadığı əsrdə xalqın və sufi şeyxlərinin dilindən düşməmişdir. Deyirlər ki, o nə zaman dəstəmaz alsa, fərz namazının vaxtı gəlməmişsə, iki rükət namaz qılarmış. İbrahim Həvvas hicrətin 291-ci ilində Rey şəhərinin cümə məscidində vəfat etmişdir. İbrahim Həvvasın hər bir sözündə bir hikmət vardı:

- Bir mömin Allah-təalanın əmrinə nə qədər təzim göstərərsə, Allah ona o qədər əzizlik libası geydirər, başqa möminlərin qəlbinə də ona münasibətdə o qədər əzizlik libası geydirər, digər möminlərin qəlbinə də yenə ona münasibətdə o qədər hörmət hissi salar.





- Qəlbin əlacı beşdir: Qurani-Kərim oxumaq, Qurani kərimə baxmaq, mədəni boş saxlamaq, gecələr qalxıb ibadət etmək, səhərlər ağlayıb sızlamaq və yaxşı kəslərlə oturub-durmaq.





- Elmin hamısı iki kəlmədir: alnına nə yazılıbsa, o da olacaq; Allah-təalanın əmr və qadağalarına riayət eylə.





-Elm əldə etmək üçün gərək elm üçün vacib olanı edəsən, bir də sünnət əməl edəsən.





- Bilirsizmi əsl məhv olmuş adam kimdi? Belələri o kəsdir ki, ömrünün sonunda yolunu azsın, bir də doğru yolu tağdığı halda bu yoldan çıxsın.





- İnsanın öz halal qazancı ilə geydiyi köhnəsi, başqaları qarşısında üzünün suyunu tökərək yeni geyməkdən daha gözəldir və daha yaxşıdır.





- İnsanı Allahın əzabına düçar edən səbəblər çoxdur, özü də lap çoxdur. Birisi də odur ki, üzdə hamıya dünyanı pisləyəsən, tək qalanda isə dünyanın qulu və köləsi olasan.

İbrahim Bin Ədhəm Bəlx övliyalarındandır. Əsl nəcəbcə şah sülaləsindəndir. Məşhur tabiilərdən olan Süfyan Səuri ilə dostluq etmişdir. Şama getmiş və ömrünün sonunadək orada qalmışdır. Daima istərdi ki, halal yesin. Şayəd, halal tapöa bilməyəndə, gil yeməyi üstün tutardı. Şamda böyük bir türbəsi, cümə məscidi və vəqfi vardır. İbrahim bin Ədhəmin hikmətli sözlərindən:

- Eşitdiyimə görə, qiyamət günü insan tanıdıqlarının yanında sorğu-suala çəkiləcək. Səbəbi də odur ki, daha çox utansın.





- Üç kimsə vardır ki, sıxıntı çəkməz – xəstə, oruclu və yolçu.





- Qəlbində şöhrət sevgisi daşıyanlara Allah-təala doğruluq nəsib etməz- nə biliyində, nə əməlində, nə də etdiyi yaxşılıqda.





- Elmi əməl üçün öyrənin. Çox adamlar bu barədə yanılıblar - elmləri dağlar qədər artıb, amma əməlləri zərrə olub, zərrə də qalıb.





- Nəfsinə hakim olub bol-bol xeyirli işlər görən kəslərə o biri dünyada bol-bol əcr vardır. Bu dünyadan axirətə əməlsiz gedən kəslər o biri dünyada əliboş qalarlar.





- Çalışın ki, Allah-təala qarşısında ürfan sahibi olasınız. İnsanın ən böyük məqsədi xeyir olmalıdır, ibadət və itaətkarlıq olmalıdır, söylədiklərinin çoxu Allah-təalaya şükrə-sənə olmalıdır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 182 Bölmə: Maraqlı melumatlar
loading...