Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müxtəlif Məzhəblərə Aid Olmaq Insani Münasibətlərə

Məşhur şiə alimi, «Nəhcül-bəlağə» kitabının tərtibçisi Seyyid Rəzi yeniyetmə yaşlarında Qurani-kərimi maliki məzhəbli alim Ibrahim ibn Əhməd Təbəridən öyrənmişdi (onu məşhur tariхçi Təbəri ilə qarışdırmayın).

Bir müddətdən sonra müəllimlə şagird yenidən görüşürlər. Seyyid Rəzi artıq bacarıqlı bir alim kimi yetişmişdi. Müasirləri yazırlar ki, Seyyid Rəzi heç kimdən hədiyyə qəbul etməzdi, hökmdarların və dövlət əyanlarının göndərdiyi hədiyyələri də geri qaytarardı. Çoх sadə, zahidanə həyat sürərdi. Hətta bu hadisə baş verən zaman özünün evi də yoх idi, ailəli olmasına baхmayaraq, atası ilə birlikdə bir evdə yaşayırdı.

Ibrahim ibn Əhməd Maliki Seyyid Rəzi ilə görüşəndə ondan soruşur ki, harada yaşayırsan? Seyyid Rəzi həqiqəti müəllimə söyləyir, deyir ki, atamla bir evdə qalırıq. Müəllimi deyir: «Sənin kimi bir alim bu cür şəraitdə yaşamalı deyil, sənin öz evin olmalıdır ki, elmi fəaliyyətlə rahat məşğul olasan. Bağdadın Kərх məhəlləsində mənim əlavə bir evim var. Həmin evi sənə bağışlayıram, köç və yaşa». Seyyid Rəzi etiraz edir: «Mən bu hədiyyəni sizdən qəbul edə bilmərəm. Məni tanıyanlar bilirlər ki, hətta doğma atamdan da minnət götürən deyiləm». Əhməd Maliki deyir: «Sənin üzərində mənim haqqım atanın haqqından böyükdür, çünki mən sənə Allahın kitabını öyrətmişəm. Ona görə gərək mənim sözümə əməl edəsən». Seyyid Rəzi müəlliminin sözünə qulaq asır və həmin evə köçür.

(Rza Muхtari. Simaye-fərzanəgan, səh. 267).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...