beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZ VE ONUN TE`SİRİ

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”
Mən layəhzuruhul-fəqih. c.1,s.206.

İmam Sadiq əleyhissalam buyurur: Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.
Biharul-ənvar /82/236.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
Biharul-ənvar , c.99, s.14.

Tural Seferli.Al Shia


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar