beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecikmiw Namaz

Qiyamət qopmuşdu... Qeyri-adi izdiham var idi. Hər yer insanlarla dolu idi. Soyuq tər basmışdı. Dünyada ikən, Qiyamət, sorgu-sual, tərəzi haqqında çox şey eşitmişdi. Ancaq Məhşər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Növbə ona gəlib çatmışdı. Təşviş içində saga-sola baxır, dodaqları titrəyə-titrəyə: Mənimi çağırdınız?-deyir. İzdiham birdən aralanır və qarşısında bir yol açılır. İzdihamın arasından çaşqın baxışlarla keçir… Meydanın mərkəzinə gəlir. önünə əyilir. Bütün həyatı gözlərinin qabağından gəlib keçir...Öz-özünə:-Şükürlər olsun, gözlərimi açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insanları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas yanaşır, dostlarıyla dini söhbətlər təşkil edir, malını İslam yolunda xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman onlar kimi oldum. İnsanlığa xidmət etməyə çalışdım, onlara ALLAHdan danışdım, Namazımı qıldım, Orucumu tutdum…Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü. Allah üçün nə etsəm yenə azdır, bu mənim Cənnəti qazanmağıma kifayət etməz. Yeganə ümidim ALLAHIN bağışlaması və rəhmətidir-deyə düşünürdü. Onun üçün nə etsəm yenə azdır, bu mənim Cənnəti qazanmağıma kifayət etməz. Yeganə ümidim ALLAHIN bağışlaması və rəhmətidir-deyə düşünürdü. Nəticənin nə olacağını gözləyirdi. Nəhayət oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər. Hökm veriləcəkdi. Öncə adı oxundu. Artıq ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini yumub həyəcan içində hökmü gözləyirdi. Birdən Məhşərdəki izdihamdan bir uğultu qopdu. Qulaqları səhvmi eşidirdi nədir? Onun adı Cəhənnəmliklər siyahısında oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı. Ola bilməz!-qışqırdı...Qalxıb sağa-sola qaçmağa başlayır. Hıçqıraraq:-Mən necə Cəhənnəmlik ola bilərəm? Həyatım boyunca ALLAH yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Məhşər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn Cəhənnəmə tərəf aparmağa başladılar…O isə çırpınırdı… Bir qurtuluş yox idimi? Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr süzülməyə başladı… ”Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?”….Rəsulullah (s.a.v):”Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə 5 dəfə yuyunsanız üzərinizdə heç kir qalarmı? Namaz da belədir. ALLAH onun sayəsində bütün günahları silər. ”buyurmamışdımı? Xidmətçilər isə onu dibi görünməyən Cəhənnəm çuxurunun başına gətirdilər. Alovların istisi üzünü qarsmağa başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu. Ümidini tamam itirmişdi. Qollarını sıxan əllərin boşaldığını hiss elədi. Qolları yanına düşdü. Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir anda uçurumun dibinə yumarlandı. Alovların içərisinə doğru sürətlə düşürdü. Bir neçə metr düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu hiss etdi. Başını qaldırıb baxdı, onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi. Qoca onu yuxarıya doğru qaldırdı. O, üst-başının tozunu təmizlədikdən sonra soruşdu:-Siz kimsiniz?-Mən sənin Namazlarınam. -Bəs niyə bu qədər gec gəldin məni xilas etməyə? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm. Qoca acı-acı gülümsünərək başını yellədi:-Sən məni həmişə axıra saxlayırdın xatırladınmı?... Gözlərini açdığı zaman yatağında idi. Qan-tər basmışdı. Dərindən bir ah çəkdi və ”Əlhəmdülillah, çox şükür ki, yuxu imiş”-dedi. Sonra çöldən gələn səsə qulaq asdı. Gecə Azanı oxunurdu. Ox kimi yerindən sıçradı. Dəstəmaz alacaqdı..


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 161 Bölmə: Maraqlı melumatlar