beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz Eli.e S Atilan Bohtan ..

Hz Eli.e s atilan bohtan ... Peyğemberi Ekrem (s.e.v.v) Medineye hicret eder-ken Eli (e)-ı özünün Mekkedeki vekili ve naibi seçdi ki, camaatın emanetlerini (o hezretin yanında qoymuş-dular) öz sahiblerine qaytarsın, sonra Medineye gelsin. Eli (e) emanetleri sahiblerine tehvil verdiyi günlerde Ebu Süfyanın oğlu Henzele, Ümeyr ibni Vail Seqefini qızışdırdı ki, o Hezretin yanına gedib (guya emanet olaraq Peyğembere verdiyi) seksen misqal qızılı teleb etsin. Sonra ona dedi: – Eger Eli senden şahid istese, biz qüreyşliler senin üçün şehadet vereceyik. Sonra ona yüz misqal ağırlığında qızıl mükafat verdi, bele ki, onun içinde on üç misqal ağırlığı olan boyunbağı da var idi. Ümeyr Eli (e)-ın yanına gelib öz emanetini istedi. Eli (e) ne qeder axtardısa, onun adına bir emanet görmedi ve bildi ki, o, yalan danışır. Sonra, belke öz iddiasından el çeksin - deye, ona öyüd-nesihet verdi. Lakin öyüd-nesihetin heç bir xeyri olmadı. Ümeyr israr edib deyirdi: – Menim Qüreyşden şahidlerim vardır, onlar menim üçün şehadet verecekler: Ebu Cehl, Ekreme, Eqebe ibni Ebi Muit, Ebu Süfyan ve Henzele.
Eli (e.s) buyurdu: – Bu bir hiyledir ki, onu tökenin yaxasına yapışacaqdır!
Sonra gösteriş verdi, bütün şahidler hazır olub Kebe evinde oturdular. Ümeyre üz tutub buyurdu: – De görüm, emanetlerini Peyğembere ne vaxt vermişdin?
Ümeyr: – Günortaya yaxın vaxtlarda tehvil verdim ve o, onları elimden alıb öz qulamına verdi.
Sonra Ebu Cehli çağırdı ve hemin sualı ondan da soruşdu, lakin Ebu Cehl "men cavab vermeye bir lüzum görmürem"-deyerek özünü xilas etdi.
Ondan sonra Ebu Süfyanı çağırıb hemin sualları ondan soruşduqda Ebu Süfyan dedi: – Gün batana yaxın vaxtlar idi ki, Ümeyr emanetini Mehemmede verdi, o da alıb öz qoynuna qoydu.
Növbe Henzeleye çatanda dedi: – Yadımdadır, güneş semanın düz ortasında idi, Ümeyr emaneti Mehemmede verdi ve o da qebul edib qarşısına qoydu ki, gedende onu götürüb aparsın.
Sonra Eqebeni çağırdı, ondan veziyyeti soruşduqda dedi: – Axşam çağı idi ki, Ümeyr emaneti Mehemmede tehvil verdi ve o da emanetleri derhal öz evine gönderdi.
Sonra Ekremeni çağırıb bu emanet meselesini soruşduqda, o dedi: – Sübh çağı idi ki, Ümeyr emaneti Peyğembere tehvil verdi, Mehemmed alıb derhal Fatimenin evine gönderdi.
Orada oturan Ümeyr bütün hadiseleri müşahide edir ve onların danışıqlarındakı ziddiyyetli sözleri eşidirdi. Sonra Eli (s.e) Ümeyre dedi: – Görürem ki, rengin saralıb ve halın deyişilib!
Ümeyr dedi: – İndi ki, bele oldu, düzünü sene deyeceyem. Çünki hiyleger adam nicat tapmaz. Allaha and olsun, men heç bir şeyi Mehemmede emanet vermemişdim. Meni bu işe Henzele ile Ebu Süfyan tehrik etdiler. Üzerinde Ebu Süfyanın arvadı Hindin möhürü olan dinarlar menim yanımdadır, onu mene mükafat vermişdiler.
Eli (.s.e) buyurdu: – Evin küncünde gizledilen qılıncı getirin.
Qılıncı getirdiler, Eli (.s.e) onu oradakılara gösterdi ve buyurdu: – Bu qılıncı tanıyırsınızmı?
Dediler: – Beli, bu, Henzelenin qılıncıdır.
Ebu Süfyan: – Bu qılınc Henzeleden oğurlanmışdır!
Eli (e.s)Eger düz deyirsense, onda senin qara qulamın Mehle ne etmişdir?
Ebu Süfyan: – O bir iş üçün Taife getmişdir.
İmam (e.s) Kaş ki, geleydi, sen de onu bir daha göreydin. Eger düz deyirsense, onu çağır gelsin.
Ebu Süfyan susdu, sonra o Hezret, Qüreyşin başçılarından on neferin qulamına bir yeri gösterib buyurdu ki, oranı qazsınlar. Qazdıqdan sonra birden Mehlenin cesedini tapdılar. O Hezret buyurdu: – Onu çıxarıb getirin.
Cesedi çıxardıb Kebeye teref apardılar. Camaat Mehlenin cansız cesedini gördükde heyrete düşdüler ve onun qetle yetirilmesinin sebebini Hezretden soruşdular. İmam Eli (e.s) buyurdu: – Ebu Süfyanla onun oğlu bu qulamı tamahlandırmış ve ona azad olmaq vedesi vererek vadar etmişdiler ki, meni qetle yetirsin. O da yol üstünde pusqu qurmuşdu. Mene hücum etdikde ona möhlet vermeden boynunu vurdum ve qılıncını aldım.
Onların hiylegerlik tedbirleri heç bir netice vermedi, sonra başqa bir mekr işletdiler ki, onun da heç bir neticesi olmadı.

Tural Seferli Al.Shia


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 528 Bölmə: Maraqlı melumatlar