Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin (s.a.s) hikmətli sözləri

İnsanlar darağın dişləri kimi bərabərdirlər. (Yəni Allahın hökm və göstərişləri müqabilində birdirlər.)

İnsanlar qızıl və gümüş mədənləri kimidirlər. (Yəni fərqli əxlaq və ruhiyyə üzrə yaradılmışlar.)
Ehtiyacsızlıq camaatın malına tamah salmamaqladır.

Allaha iman gətirdikdən sonra əqlin əsası insanları sevməkdir. Hər kəs özünün mühasibidir.
Hər bir gələcək yaxındır.

Naməhrəmə baxan hər bir göz zinakardır.

Hər şeyin müəyyən bir əndazəsi var, hətta bacarıqsızlığın da.

Hər alim elmin aşiqidir.

Hər şeyin əsası var, bu dinin də əsası dərrakə və tədbirdir.

Sizdən hər biriniz digəriniz üçün nəzarətçi, əlinizin altında işləyənlərdən ötrü isə məsuliyyətlisiniz.

Qiyamət günü hər bir xainin öz xəyanətləri qədər bayrağı var.

Qiyamət günü insandan soruşulacaq birinci haqq qan haqqıdır. (Qiyamət günü) hesabı çəkiləcək birinci vəzifə namazdır.


Tarix: 08.06.2013 / 14:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...