Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TÖVHİD (bütün peyğəmbərlərin əsas qayəsi)

Allah – sübhanəhu və təala – hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqla da birdir. Bu sayılanların heç birində ortağı (şəriki) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən və şəfa verməkdə də ortağı (şəriki) yoxdur.

«Həqiqətən rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür». (əl-Əraf 54). «Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?». (Fatir 3).
Tövhid – sözünün mənası bir şeyi bir etmək, birləşmək deməkdir. Bu ancaq nəfy və isbatla olur. Termin olaraq Tövhid – yalnızca uca və böyük olan Allaha ibadət etmək deməkdir. Yəni ona heç bir şeyi ortaq (şərik) qoşmayacaq nə bir rəsul, nə bir peyğəmbər, nə bir mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nə bir seyyid, nə bir daş, ağac, dəmir, nə də yaradılmışlardan hər hansı bir şeyi ona – Allaha ortaq (şərik) qoşmayaraq bir və tək olaraq ona ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatını umaraq, cəzasından qorxaraq yalnızca Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq görməkdir. Bu da Nuh – əleyhissəlam – dan, nəbimiz Məhəmməd – səllallahu aleyhi və səlləm – ə qədər gələn bütün peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də Lə iləhə illəllah – kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi Tövhid də elə budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur.
Məkkə dövrünün müşrikləri bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca və böyük Allahdır. «De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən ölü çıxaran kimdir, hər işi düzüb qoşan səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunis 31-32). «De ki, əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir? Onlar mütləq Allahındır. Sən de ki, bəs elə isə düşünmürsüz. De ki, yeddi göyün Rəbbi və böyük əzəmətli ərşin sahibi kimdir? Müşriklər «mütləq Allahındır» deyə cavab verəcəklər. Onda sən de ki, bəs elə isə qorxmursunuz?. De ki, əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahındır deyə cavab verəcəklər. Bəs elə isə nə üçün qaçırsınız?». (əl-Muminun 84-89).
Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Lakin onlar Lə iləhə illəllah kəlməsinin nə məna ifadə etdiyini başa düşüb: «Əcəba o, ilahların hamısını bir ilahmı edir. Bu doğrudan da, çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər: Gedin öz ilahlarınıza (ibadətdə) möhkəm olun». (Sad 5-6).
Müşriklər, hətta cahillər də bu sözün həqiqi mənasını bilirdilər. Özünün müsəlman olduğunu irəli sürən, müşriklərin, cahillərin bu kəlməni ondan daha yaxşı başa düşdüklərini bildikdən sonra özünə müsəlman deyən insana heyrət edilir. Hətta bu insan etiqad etmədən sadəcə bu sözü hərflərlə tələffüz etməklə işin bitdiyini zənn edir. Lə iləhə illəllahın mənasını müşriklərin və cahillərin ondan daha yaxşı bildiyi kimsədə xeyir yoxdur.
Kimisi də bu kəlmədə məqsəd yalnız Rububiyyət tövhidi olduğunu, yəni Allahdan başqa yaradıcı, ruzi verən olmadığına inanmaq olduğunu zənn edirlər.
Lakin bu belə deyil, Tövhid həm qəlb, həm dil, həm də əməl ilə olması qaçınılmazdır. Əgər bir kimsə Tövhidi bilməklə əməl etməzsə, o kimsə Firon, İblis və s. bənzəri kimi bir kafirdir. Çünki qəlbin Tövhidinin arxasından söz və əməl ilə Tövhid gəlir. Əgər bir kimsə qəlbi ilə Tövhid edərsə, lakin Allaha söz və əməlləri ilə Tövhid etməyəcək olursa, bu kişi haqqı kəsin olaraq bilməklə batil üzərinə israr və inadkarlıq edən kimsədir. «Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqları halda, haqsız yerə və təkəbbürlük üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu?». (ən-Nəml 14). Musa da ona: «Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm». (əl-İsra 102).
Onlara görə ilah istər rəsul, cin, övliya, seyyid, ağac, daş, qəbir və s. olsun, şəfa, övlad diləmək, ruzi istəmək və s. məqsədlər üçün yönlədilmiş şeydir.
Bəziləri hətta İnstituta girmək, öz övladlarını evləndirmək üçün və s. boş-boş və faydasız şeylərlə müraciət edirlər. Baxın: Allah bizi Qurani-Kərimdə daima bu kəlməyə tərəf gəlməyimizi, ona sarılmağımızı və bu ayələrdə ağıl, hikmət sahibləri üçün ibrətlər, faydalar olduğunu buyurur: Bu Tövhidin təməl qaydalarındandır. Onun bənzəri heç bir şey yoxdur: «Ona bənzər heç bir şey yoxdur». (əş-Şura 11) deyə etiqad edilir.
O, yaratdıqlarından heç birinə bənzəməz. Yaratdıqlarından da heç biri ona nə zatında, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda bənzəməz. Heç bir şey ona güz çatdırıb onu aciz buraxmaz. O, dilədiyi hər şeyi etməyə qadirdir. «Bir şeyi istədiyi zaman Allahın buyurduğu ona ancaq: «OL!» deməkdir. O da dərhal olar». (Yasin 82).
Heç bir şey ona zor gələ bilməz. Heç bir şey də onu gücündən qoya bilməz. «Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur». (Fatir 44).
Bu onun qüdrətinin kamilliyindəndir. Nəyi dilərsə, o, olmuşdur, nəyi də diləməmişsə, o, olmamışdır. Bu da onun Rububiyyətinin kamilliyindəndir. Ondan başqa ilah yoxdur kəlməsi – Tövhid budur. Bütün Rəsulların çağırışı da budur. «Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin deyə Peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı olmuşdur. (Ey müşriklər) yer üzündə dolaşıb görün ki, (Peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu». (ən-Nəhl 36).
Allahdan başqa ibadət olunmağa layiq heç bir ilah yoxdur deməkdir. Çünki yaradan, ruzi verən, hər şeyə malik də odur. Ondan başqa ibadət edilənlərə isə ancaq və ancaq batil bir yolla ibadət olunmuş olur. Bu belədir, çünki Allah haqqın özüdür. «Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62).
Baxın: Bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahı buraxıb, ehtiyacı olan, möhtac, aciz olan hər hansı bir şeydən kömək istəmək olarmı? Fikirləşin.
Tövhid üç növdür.
1. Rububiyyə 2. Uluhiyyə 3. İsim və Sifətlərin Tövhidi


Tarix: 08.05.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Maraqlı melumatlar
loading...