beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Huccet

Əhqaf surəsinin 5-ci ayəsi ilə əlaqədar izah.


Allah-təala buyurmuşdur:

(وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُو مِن دُونِ اللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُ إِلَى يَومِ الْقِيَامَةِ وَهُمْ عَن دُعَائِهِمْ غَافِلُون)
«Allahın yaхınından qiyamət gününə qədər ona cavab verə bilməyəcək kimsələri çağırandan daha zəlil kimdir? Halbuki bunlar onların çağırışının fərqində dеyillər» (Əhqaf surəsi - 5). Mən bu ayə ilə bağlı ərəb dilinin qrammatikasına uyğun olaraq şərh verərək deyirəm: Ərəb dilində “büt” işlənən söz “mən” ( من) kimsə və yaxud kimsələr “mə” (ما) də şey və yaxud şeylər mənasını ifadə edilir. Mən” ( من) “kimsələr” deyiləndə, ruhlar və yaxud ölülər nəzərdə tutulur. Amma “mə” (ما) deyiləndə köməyə çağıran daş, ağac və digər maddələrdən düzəldilmiş büt və heykəllər qeyd olunur. Əhqaf surəsinin 5-ci ayəsində üç yerdə «mən» ( من) kəlməsi istifadə olunur. Bu kəlmə ərəbcədə şüurlu canlılar üçün istifadə də olunur. Bunu sübut etmək üçün «mən» ( من) kəlməsi Quranda şüurlu insanlara da istifadə olunduğunu olaraq bu ayəni qeyd edirəm.


Uca Allah belə buyurur:

وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاء فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ يَخْلُقُ اللَّهُ مَا يَشَاءُ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
«Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!» (Nur surəsi-45). Bu ayədə «bəzisi» dеyə tərcümə еdilən «mən» ( من) kəlməsidir. İki ayağı üzərində gəzən insanların, şüurlu canlılar olduğu qəti olaraq bilindiyi üçün digər canlılara da «mən» ( من) kəlməsi uyğun görülmüşdür. Əhqaf surəsinin 5-ci ayəsində «mən» ( من) deyə tərcümə edilən “kimsələri” kəlməsi dedikdə iki ayağı üzərində gəzən insanların, şüurlu canlılar insan olduğunu bildirir. Beləliklə də Əhqaf surəsinin 5-ci ayəsində “kimsələri” kəlməsi qeyd olunduqda əməli-saleh insanlar yəni (övliyalar) İmamların ruhları qeyd olunur. Eləcə də Əhqaf surəsinin 5-ci ayəsində «mən» ( من) kəlməsi büt heykəlləri və yaxud ölülərin ruhları nəzərdə tutulur və bu ayədə iki mənanı bildirir.


Müşriklərin dua edib çağırdıqları varlıqlar üç qisimdən ibarətdir.

1). Ruhsuz, cansız olan varlıqlar. Yəni daş metal ağac və sair...
2). Keçmişdə yaşamış peyğəmbərləri ilə Allahın əməli-saleh qulları.
3). Keçmişdə azmış və azaraq özlərindən bir din uydurub və Allahın qullarını da azdırmaq üçün vuruşan bir kimsələrdirlər. Eləcə də azmış olaraq dünyadan köçüb gedən insanlardılar.
Bu məsələ ilə bağlı bir necə sitat var. Bunları dəqiq olsun deyə izah edirəm:
Birinci sırada yer alan: Cansız olan varlıqlardır. Nə özlərinə dua edib nə də dua edib çağıranların dualarından xəbərləri də yoxdur. Beləliklə də cansız olan varlılıqlar daş, ağac və digər maddələrdən düzəldilmiş büt olaraq heykəllərdir.
İkinci sırada yer alan: Allahın göndərdiyi elçiləri ilə əməli-saleh qullardırlar. Onlar yaşadıqları zaman Allaha Allahın istədiyi kimi ibadət etmiş və insanları da Allaha ibadət etməyə çağırmışlar. Allahın əməli-saleh qulları insanlara: “Biz vəfat etdikdən sonra bizə dua edib çağırmamağı əmr edərək” qadağan etmişdirlər. Eləcə də həyatı boyları bunlar ilə mübarizə aparmışlar.
Üçüncü sırada yer alan: Keçmişdə özləri azaraq insanları da azdırmışlar. Onlar yaşadıqları zaman insanları azdıraraq ölən canlı kimsələri “Bunlar Allah qatında bizə şəfaətçi olarlar” deyənlərdirlər. Bu məsələ ilə bağlı bu ayənin ehtiyacına gəlir: “(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər deyə, Allahdan başqa tanrılar qəbul etdilər.” (Məryəm, 81). Bu ayədə işlən «İzzən» kəlməsi “köməkçilər” və ya “Axirətdə şəfaətçilər” mənasını ifadə edir. Yəni Müşriklər o batil tanrılarına qiyamət günündə şəfaətçi olsun deyə bütlərə ibadət edib çağırırdılar. Eləcə də müşriklər batil tanrıların sahəsində onları qiyamət günündə Allahın əzabından qurtarmaq üçün bütləri özlərinə ilah etmişdirlər. «Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və (Müşriklər): "Onlar (bütlərimiz) Allah yanında bizim şəfaətçilərimizdir!"– deyirlər. De: "Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?" Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.» (Yunus, 18). Bu ayənin nazil olmağın səbəbləri ilə bağlı İkrimədən gələn rəvayətə görə Müşriklər: “Qiyamət günündə Lat və Uzza bizə şəfaətçi olacaqdır” deyirdilər.” (Əsbab-ı Nuzul, 1-ci cild, 499 səhifə). Bununla da müşriklərin bütlərə etdikləri ibadətləri: “Bunlar Allah yanında bizim üçün şəfaətçimizdir” dedikləridir. Gömdüyünüz kimi, müşriklər Allahı inkar etməyərək bütlərini Allaha yaxınlaşmaq üçün vasitə tutaraq “Allah yanında bizim şəfaətçilərimizdir bütlər” deyirdilər. Yəni Məkkə müşrikləri müstəqil olaraq bütlərini çağırıb onlara ibadət etmirdilər. Çünki.Müşriklər rububiyyət tövdidini qəbul edirdilər. Yəni Uca Allahı tək vahid olaraq hər şeyə qadir olduğunu qəbul edirdilər. Məkkə müşrikləri bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən Uca və böyük olan Allahdır. “(Ya Rəsulum Məkkə müşriklərinə) De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar (müşriklər): “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunus, 31). “(Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?” Onlar mütləq: “Allahındlr!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?” De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?” (Müşriklər) mütləq: “(Bunlar) Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?” Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz?” (Muminun, 84-89). “Ya Rəsulum! Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!” (Loğman, 25). Gördüyünüz kimi, Məkkə müşrikləri müstəqil olaraq bütləri çağırıb ibadət etmirdilər. Çünki onlar Uca Allahı tək vahid olaraq qəbul edirdilər: “Sizə (Müşriklərə) dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri (dua edib) ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!” (İsra, 67). “(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.” (Ənkəbut, 65). Ayələrdən məlumdur ki, həqiqətən də, müşriklər hər bir təhlükəni hiss edərək bütləri çağırıb ibadət etməkdən imtina edərək niyyətləri səmimi olaraq yalnız Uca Allahı çağırıb Ona ixlas ilə ibadət edirdilər. Lakin Uca Allah onların duasını qəbul edərək müşriklər yenə də Uca Allaha şərik qoşurdular. Bununla belə müşriklər Allahın inkar etmirdilər. Lakin müşriklər “Lə iləhə illəllah” kəlməsindən niyə imtina edirdilər?
Cavab: Müşriklər iddia edirdilər ki, “Biz bu bütlər ilə Allaha yaxınlaşırıq” Yəni Allahı çağırdığımız zaman bütləri vasitə tuturuq. Əgər müşriklər “Lə iləhə illəllah” kəlməsini desələr idilər. Onda bütləri tam şəkildə inkar edərək yalnız Uca Allahı çağırardılar. Yəni çağırdıqları zaman bütlərin vasitəsi ilə yox bir başa Uca Allahı çağırıb Ona dua edərdilər. Məhz bu səbəbdən müşriklər “Lə iləhə illəllah” kəlməsindən imtina edirdilər. Yəni müşriklər “ULUHİYYƏT TÖVHİDİ” qəbul etmirdilər. “Uluhiyyə” sözü – ilah sözündəndir. Yəni hər bir şeydə Uca Allahı təkləşdirmək deməkdir. Kim olursa olsun yalnız Allaha dua edib çağırmalı, Ona ibadət edib boyun əyilməli, yalnız Ona itaət olunmalıdır. Duaların, ibadətlərin heç biri ondan başqasına edilməməlidir. Yəni Allah ilə yanaşı heç kəsi dua edib çağırmamalı və eləcə də Onun ilə bərabər heç kəsə ibadət etməməlidir. Bununla da Allahı çağırıb dua etdiyim zaman Onun ilə yanaşı heç kəsi çağırmayacağam. Eləcə də bütün əməllərimdə Namazı, orucu, zəkatı, həcci, dua, istəyəndə nəziri, qurbanı, təvəkkülü, ümidi, qorxunu, sevgini və s. zahiri və batini ibadətlərdən heç biri ondan başqasına etməyəcəyəm. Bütün Peyğəmbərlərin dəvət etdiyi Tövhid də budur.
“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə, 5).
1-ci. Ayədə qeyd olunan «إِيَّاكَ نَعْبُدُ» “İyyəkə nəabudu” kəlməsi. Yəni “Ey Allahım başqasına deyil ancaq sənə boyun əyirik, sənə qulluq edirik sənə ibadət edirik.” «وإِيَّاكَ نَسْتَعِينُ» “Va iyyəkə nəstəin” Yəni “Ey Allahım etdiyimiz ibadətlərdə, itaətlərdə və bütün işlərimizdə ancaq səndən kömək istəyirik. Eləcə də səndən başqa heç bir varlıqdan kömək istəmirik. Səni inkar edən kafirlə isə çağırdıqları bütlərdən istəyirlər. Lakin biz bunlardan deyilik.” Bunu da qeyd edim ki, “Yalnız sənə ” «İyyakə» ilə başlanan cümlə bütpərəstliyin tam şəkildə kökünü kəsir. Çünki müşriklər bütləri ilə vasitə tutaraq bir başa Alladan istəmirdilər.
2-ci. Qeyd olunan « نَعْبُدُ» “nəabudu” ibadət kəlməsi dua mənasını da verir. Yəni oxunuşu: “Biz yalnız Sənə dua edirik və yalnız Səndən kömək istəyirik” Çünki bu cür oxunuşun səbəbi Uca Allah Mumin, və yaxud Ğafir surəsinin 60-cı ayəsində duanı ibadət adlandırır. Eləcə də hədislər də qeyd olunduğu kimi: «Dua ibadətdir.» (Ət-Tirmizi, hədis № 3372; İbn Mace hədis № 3828, əl-Kafi, 2/468). Bunu da qeyd edim ki, hər bir Allahın sevdiyi və bəyəndiyi sözlər ilə əməllər ibadət sayılır.
“Kim Allahla yanaşı başqa bir tanrıya dua edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!” (Muminun, 117). Yəni kim Allah ilə yanaşı başqa bir məbudu çağırarsa onun cəzasını qiyamət günündə Rəbbi özü verəcəkdir. Ayənin mətnində «آخَرَ» “Əxara” kəlməsinin işlənməsi açıqca Allahın Uluhiyyət Tövhidini ifadə etdiyini xəbər verir. Ayənin məqsədi də budur ki, Məkkə müşriklərin Uca Allaha şərik qoşduqları yalnız Uluhiyyət Tövhidində olduğunu xəbər verilir. Çünki onlar Allahın tək vahid olduğuna inanaraq rububiyyət tövdidini qəbul edirdilər. Va əs- salamu aleykum və rahmətullahi təalə va bərakətuh.

Mən təvəssul barəsində şiələrə rədiyyə cavabı olaraq deyirəm: Şübhəsiz ki, şiələr Allaha şərik qoşurlar. Bunu da qeyd edim ki: “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.” (Nisa, 116).
Uca Allah bəndələrinə ona şərik qoşmamaq üçün belə bəyan edir: “Odur ki, Allah ilə yanaşı başqa bir tanrını çağırma, yoxsa əzaba düçar edilənlərdən olarsan” (Şuəra, 213). İbn Cərir ət-Təbəri bu ayə ilə bağlı belə izah edir: “Uca Allah bu ayədə ona şərik qoşmamağı əmr edərək, əks təqdirdə onları əzab ilə cəzalandıraraq olacaqlarını bəyan edir ” (İbn Cərir ət- Təbəri, Təbəri Təfsiri, 6-cı cild, səhifə 249). Mən bu ayə ilə bağlı şərh edərək deyirəm: Uca Allah onun ilə yanaşı kimisə çağıranı tanrı adlandırır. Yəni Allah ilə yanaşı kimisə çağıraraq yanaşı olan məbud sayılır və Uca Allah bunu şirk elan edir. Bunu da qeyd edim ki, şiələr İmamları Allah ilə bərabər belə çağıraraq: “Ey Əbu Talibin oğlu Əli! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və istədiyimizi sənə təqdim edirik.” deyirlər. Şübhəsiz ki, Əli (ə) bura da məbud olaraq ilah sayılır. Səbəb Allah ilə yanaşı İmam Əlini (ə) çağırırlar. Təbii ki, bu da şirkdir. Çünki Uca belə buyurur: “...Allah ilə yanaşı başqa bir tanrını çağırma...” (Şuəra, 213). Eləcə də şiələrin məsum İmamı sayılan “Əbu Əbdullah Cəfəri Sadiqdən (ə) gələn rəvayətlərə görə: “Dua ibadətdir.” (Əl-Kafi; Dua kitabı, bab “Fədail dua va-has aleyhə” 2-ci cild, səhifə 467 hədis № 5). Yəni Allahı çağırdığın zaman çağırdığın dua Allaha ibadət etmək sayılır qeyd olunur. Bunu da qeyd edim ki, əgər ibadətdə Allahın heç bir şəriki yoxdursa yəni Allah ilə yanaşı başqasına səçdə etmiriksə bu ona dəlalət edir ki, Allahı çağırıb dua edilən zaman Allah ilə bərabər heç kəsi çağırmaq olmaz. Çünki ibadət Allahın haqqıdır dua da ibadətdir. Bunu da qeyd edim ki, “Dua” kəlməsinin yalnız şəri mənasını nəzərdə tuturam lüğəti mənasını yox. Çünki bəzi şiələr insanları çaşdırmaq məqsədi ilə dua kəlməsinin şəri mənasını lüğəti mənası ilə əvəz edirlər
AbduzlAziz


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 591 Bölmə: Maraqlı melumatlar