beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrəti Əlinin (ə) Məzarının Sirri! Maraqlı Və Məs

Nəcəf şəhəri İraqın iki müqəddəs şəhərindən biridir (digəri Kərbəla). Fərat Çayının dərhal qərbindəki bir dağ sırasının üzərində yerləşir.

Miladi tarixlə 791-ci ildə Xəlifə Harun Rəşid tərəfindən Kufə ətrafında, xəlifə Əlinin (ə) məzarının olduqu yerdə quruldu.

Əməvilər zamanında xəlifə Həzrəti Əlinin(ə) basdırıldığı yer gizli tutulduğu üçün, bu mövzuda dəyişik fikirlər ortaya atıldı.

Bəzi tarixçilər Həzrəti Əlinin(ə) məzarının Nəcəfdə olmadığını irəli sürdü. Buradakı məzarın Adəm və ya Nuh peyğəmbərə aid olduğu söz-söhbətləri də çıxdı.

Nəcəfdəki Həzrəti Əlinin (ə) məzarı üzərində qiymətli xalça və pərdələrlə bəzəkli böyük türbə, Mosul Həmdəni hükumdarı Ebulheyca tərəfindən etdirildi.

Şiə Buveyhi hökmdarı Adudüddövlə də burada bir türbə etdirdi (977). Nəcəf, 1052-ci ildə Bağdadlı fanatiklər tərəfindən yandırıldı.

Səlcuq hükumdarı Məlikşah və vəziri Nizamülmülk, Həzrəti Əli (ə) və Həzrəti Hüseynin (ə) məzarlarını ziyarət etdilər (1086).

Elxanilər dövründə Fərat üzərində bir kanal (Köhnə adıyla Nesrülşah, bu gün El-Kəna) açdırıldı (1263). Qısa bir müddət sonra tıxanan kanal, Şah İsmayılın əmriylə təmizlədildi (1508).

Çaldıran Döyüşündən (1514) sonra Yavuz Sultan Səlim tərəfindən Səfəvilərin əlindən alınan şəhər, Osmanlı dövləti torpaqlarına qatıldı.

Qanuni Sultan Süleyman 1534-cü ildə müqəddəs yerləri ziyarət etdi. Yeni açılan bir kanal (1793) qısa zamanda təkrar tıxandığı üçün, 2. Abdulhəmid, burada Zəri əl-Şeyx və əl-Haydariye kanallarını açdı.

Osmanlı hakimiyyətinin son dövrlərində şəhər, Kərbəla bayrağına bağlı bir qəza mərkəzi idi. Birinci Dünya müharibəsi əsnasında İngilislər tərəfindən işğal edildi; sonra İraq dövləti sərhədləri içinə daxil edildi.

İmam Əli (ə) Türbəsi
İraqın Nəcəf şəhərində olan İmam Əli (ə) Türbəsi (Harem el-İmam Ali), ya da qısa adıyla İmam Əli Məscidi, İslamın Şiə etiqadına bağlı təxminən 200 milyon Müsəlman üçün Səudiyyə Ərəbistanıda olan Kəbə və Məscidi Nəbəvidən sonra üçüncü müqəddəs yerdir.

Bura İslam peyğəmbəri Məhəmmədin s.a.s əmisinin oğlu və kürəkəni və dördüncü İslam xəlifəsi olan Əli ibn Əbu Talibin (ə) dəfn edildiyi yerdir.

Ayrıca Şiə inancına görə bu məsciddə İmam Əlinin (ə) yanında Adəm ilə Həvva və Nuh peyğəmbərin də bədənləri dəfn edilmişdir.

Tarixçəsi
Məbəd ilk olaraq Buveyhi hökmdarı Adudüddövlə tərəfindən 977-ci ildə Əlinin məzarı üzərinə tikdirilmişdir.

Bir yanğından sonra Səlcuq hökmdarı I. Məlikşah tərəfindən 1086-cı ildə yenidən tikilib, 1500-cü ildən sonra bir daha Səfəvi Şahı I. İsmayıl tərəfindən bir daha inşa edilmişdir.

Körfəz müharibəsi sonrası İraqda meydana gələn üsyanlar müddətində Səddam Hüseynin əmrindəki Respublika Gözətçiləri hökumət müxalifi Şiələri məsciddə qısdırdıqdan sonra məscidə hücum etmiş və məscidə sığınmış olan hər kəsi öldürdükdən sonra məscidə əhəmiyyətli ölçüdə zərər vermişdir.

Türbə bu səbəbdən, şərhlərə görə təmir üçün iki il bağlı qalmışdır. Səddam Hüseyn ayrıca Fars əslli çox sayda bölgə sakinini İrana sürgün etmişdir.

Dindəki yeri
İslamdakı ikinci əhəmiyyətli şəxsiyyətin məzarı olaraq, İmam Əli Türbəsi, dünya Müsəlmanlarının %15ini təşkil edən Şiə etiqadına sahib təxminən 200 milyon Müsəlman üçün üçüncü müqəddəs yer sayılar.

Təxminlərə görə yalnız Kərbəla, Məkkə və Mədinəyə daha çox ziyarətçi gəlməkdədir. 6. İmam Cəfəri Sadiqdən (ə) rəvayət edilən bir ifadəyə görə "bura çox hörmət etdiyimiz 5 müqəddəs yerdən bir dənəsidir."

Həzrəti Əli (ə) dünyasını dəyişdikdən sonra onun məzarı İmam Sadiq (ə) dövrünə qədər gizli saxlanılmışdır və aşaqıdakı rəvayət olunan hadisədən sonra qəbrin yeri müəyyən olunmuşdur.
Bir gün Harun Rəşid xidmətçiləri ilə birlikdə qamışlıq və ceyranların mövcud olduğu yer olan Nəcəf çölünə ova çıxıb, tazı və parslarla ceyranları təqib edirdi. Ovlar Təllü-Nəcəfə sığındılar amma tazı və parslar Təllü-Nəcəfin üzərinə çıxmadılar. Bu əməl bir neçə dəfə təkrarlandı, yəni tazılar geri qayıtdıqda, ceyranlar təpədən aşağı enir, təqib edildikdə isə, təkrar o təpəyə sığınırdılar. Xəlifə tazıların təpənin üzərinə çıxmadıqlarını gördükdə, o yerdə bir sirr olduğunu düşündü. Xidmətçilərinə yerli camaatdan yaşlı bir adamı onun hüzuruna gətirmələrini əmr etdi. Bir ağsaqqal tapıb gətirdilər. Xəlifə o adamdan «Bu təpədə nə sirr vardır ki, tazılar ceyranların ardınca onun üzərinə çıxmırlar?» - deyə soruşdu.
Qoca cavabında «Mən sirrini bilirəm, lakin söyləsəm, həyatım əldən gedər» dedi. Xəlifə təminat verdikdən sonra ağsaqqal sözə başladı: «Atamla birlikdə buraya gəldik. Atam bu təpənin üzərini ziyarət edib, orada namaz qıldı. Atamdan «Burada nə var?» - deyə soruşdum. Atam cavabında belə dedi: «Biz, imam Cəfər Sadiqlə (ə) birlikdə buranı ziyarətə gəldik. İmam (ə) «Bura cəddimiz Əli ibn Əbu Talibin (ə) məzarıdır, bu yaxında aşkar olacaqdır» buyurdu.
Xəlifə o yerin qazılmasını əmr etdi. Oranı qazanda, qəbir əlamətinə oxşar lövhə çıxdı. Orada iki sətir səryani yazısıyla yazılan bir lövhə gördülər. Lövhədəki yazını tərcümə etdikdə, bu sözlərin yazıldığı məlum oldu: «Bu Nuh Peyğəmbər tərəfindən tufandan 700 il əvvəl Məhəmmədin (s) vəsisi olan Əli (ə) üçün qazdığı qəbirdir»


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 159 Bölmə: Maraqlı melumatlar