beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QUR`ANDAN BİR XATİRE

Bir şəxs divarın arasından götürdüyü
bir çürük sümüyü döyəcləyib un kimi
edərək, Allahın rəsulunun (s) yanına
gəldi və dedi: "Bu ovulmuş (toz)
halında olan bir sümüyü kim
dirildəcək?". Allah-taala öz rəsuluna göstəriş verdi: "De ki, onları ilk dəfə
yaradan dirildər. ("Yasin"-79) Əgər hər hansı bir məhsulu istehsal
edən bir şəxs desə ki, "mən yığdığım
dəsgahı söküb bir də yığa bilə bilərəm"
bu söz kimsəni təəccübləndirməz.
Çünki, yaratmaq, ixtira etmək söküb
təzədən yığmaqdan da mühümdür. Məadı inkar edənlərin vəsvəsəsi
(bəhanələri) iki cəhətdən idi. Əvvəl bu idi ki,"Görəsən çürümüş
sümüklər də dirilə bilərmi?" İkincisi – fərz edək ki, çürümüş
sümüklərin dirilməsi mümkündür, elə
isə, bəs bu iş kimin əli ilə həyata
keçiriləcək? Qur`an buyurur: "Onlar soruşarlar:
"İkinci dəfə kim bizi həyata qaytara
bilər?" Onlara de; "Dirildər o Allah ki, ilk
dəfə sizi yaratmışdır" ("İsra"-54). Əgər kərpic bişirən bir kişi desə ki: Mən
bu kərpici sındırıb, əvəzində həmin
palçıqdan yenə bir kərpic düzəldərəm.
Burada təəccüblü nə var ki?! O kəslər ki, çürümüş bədən üzvlərinin
dirilməsini qeyri-mümkün hesab
edirlər, bəs niyə öz yaranışları haqqında
şəkk-şübhə etmirlər? Məgər ilk dəfə
xəlq olunmaq, ikinci dəfə, təkrar xəlq
olunmaqdan çətindir?! Necə ki, Qur`an buyurur: "O Allah ki, xəlq etməyin
binasını qoyub və sonra onu bir daha
xəlq etmək Allahın əlində çətin bir iş
deyil, əksinə, asandır ("Rum"-25)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar