beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİMİ ÇAĞIRIRAM AXI?

Allahın yoxluğu kainatda
tək qalmaq qorxusu yaradır içimdə.






Artıq Yer-Göy birdi mənə,
Yoxdu bir kimsə, unutdum.
İsa, Musa, Məhəmməddən,
Nə bilirdimsə, unutdum.


Mən kiməm, kim mənə baxır?!
Nəyim var, nə qurum axı?
Kimi çağırıram axı,
Kimsə yoxdu, kimsə, unutdum.


Bəlkə Yer Göydə bir ada,
Onda, nə işim var burada.
Mən bir, üç, beş, yeddi, ya da
Kimdim, nəydimsə, unutdum.


Dənizə, çaya baxıram,
Günəşə, aya baxıram.
Bir sirli qapıya baxıram,
Açıb girdimsə, unutdum.


Qüdsdə ağlayan divardım,
Kəbəyə pənah apardım.
Ordan da çarmıxa vardım,
Yoxam, vardımsa unutdum.


Cənnət – yorğunluq yuxusu,
Cəhənnəm – atəş, mən də su...
Din də tək qalmaq qorxusu,
Qorxu dindirsə, unutdum.


Artıq Yer-Göy birdi mənə,
Yoxdu bir kimsə, unutdum.
İsa, Musa, Məhəmməddən,
Nə bilirdimsə, unutdum.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Maraqlı melumatlar