Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Tövbe Edildikce Allahın Lütfü Bereketi Bolluğu Re

Ele loxma var ki insanı qırx il ibadetden keser. Ele söz var ki adamın üreyini daş eder. Ele baxışlar var ki insanın heyatını mehv eder perişan eder. Bunu bilmeliyik ki Allah ile qulu arasında eslinde perde yoxdur. Lakin eynile güneş işığının dünyamıza ve bedenimize gelmesi kimi bir veziyyet vardır. Bizimle güneş arasında dünyanın etrafında olan perdeler güneş işığının hamısıyla bize çatmasına mane olar. Atmosferin güneş işığını müeyyen ölçüde qarşısını alma xüsusiyyeti olmasa ya da, bedenimiz uzun müddet doğrudan güneşe meruz qalsa zerer görerik. Lakin Allah ile qulu arasındakı veziyyet burada ferqlilik gösterer. Allah ile qul arasında perdelerin maneelerin olması insan üçün yaxşılıq deyil, böyük bir eskiklik olaraq ortaya çıxar. Allah Tealanın quluna yönelmesi daha letif, daha qatı ve daha nuranidir. Amma qulun eqoist hereketleri, şeytanın aldatmaları, esrin çirkin işleri Allahın rehmetine mane olan perde olar. Nece ki çetir yağışa mane olsa bizim çirkin işlerimiz iyirmi dörd saat heç kesilmeyen ilahi rehmeti rebbani bolluğu perdeler bize çatmasını mane olar. Halbuki Allahın bolluğu daimidir, nuranidir eskiksizdir. Amma onu biz kesirik...Harama baxışların, qeybetçi, çirkin, zererli, perişan, bomboş söhbetlerin danışıqların menfeet elde etmek üçün edilen yaltaqlıqların ve heç bir şeyden memnun olmayan, heç cür dinclik tapmayan şikayetlerin her birisi araya girer. İnsanın günahları Allahın heç bitmeyen bolluğuna mane olar, Allahdan uzaqlaşmamıza getirib çıxarar.Halbuki Allah Teala bize bizim şah damarımızdan daha yaxındır. Çox teessüf ki biz qefletimizle Allahdan uzaqlaşmış oluruq. Allah yolundakı yolçuya bu perdeleri qaldırmaq lazım gelir. Nece seher olunca perdeleri açır işıq ve temiz hava girsin deye pencereleri aralayırıqsa mömin de ilahi bolluğu çeke bilmek üçün bu perdeleri qaldırmaq mecburiyyetindedir. Perdeleri qaldıran en nurani hal, edilen çirkin işlere peşmanlıq etmek, pisliklerden utanmaqdır. Heya imandandır, heya edildikce perdeler qalxar. Tövbe edildikce Allahın lütfü bereketi bolluğu rehmeti üreklere ener.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar
loading...