beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Rzadan (ə) Bir Neçə Hədis (şəhadətinin Ildönü

“Adamları yaxşı işlərə çağırıb, pis işlərdən çəkindirin. Əks halda aranızdan ən pisləri sizə hakim olarlar; o zaman yaxşılarınız dua edər, amma duaları müstəcab olmaz”.

“Mühəmmədə (s) və nəslinə salavat göndərmək Allahın nəzdində təsbih, təhlil və təkbirə bərabərdir” (yəni “Sübhan Allah, la ilahə illəllah, Allahü əkbər” söyləməklə eynidir).

“Əgər Yer kürəsi bir göz qırpımı qədər hüccətsiz qalsa, üzərindəki hər şeyi udar” (yəni hər şey məhv olar).

“Peyğəmbərlərin silahına möhkəm sarılın!”. Soruşdular ki, ey Peyğəmbərin balası, peyğəmbərlərin silahı nədir? Cavab verdi: “Dua”.

“Xəstəlik mömin üçün (günahlardan) təmizlənmə və mərhəmətdir, kafir üçün isə əzab və lənətdir. Möminin heç bir günahı qalmayınca xəstəlik ondan ayrılmaz”.

“Namaz hər bir təqvalı (yəni Allahdan qorxan, halal-haramlara riayət edən) adamın Allaha ən çox yaxınlaşma vasitəsidir”.

“Bizim əmrimizi (işimizi, yolumuzu) diri tutan şəxsə Allahın mərhəməti olsun”. Soruşdular: “Sizin əmrinizi necə diri tutmaq olar?”. Cavab verdi: “Bizim elmimizi öyrənib başqalarına öyrətməklə”.

“Sərvət toplamaq mütləq bu beş xüsusiyyətin yaranması ilə müşayiət olunar: şiddətli paxıllıq, bitib-tükənməyən arzular, güclü tamah, qohumlarla əlaqəni kəsmək və axirəti dünyaya qurban vermək”.

“Əgər inanlar yeməyi azaltsalar, bədənləri sağlam olar”.

“Kim bir iş dalınca evdən çıxanda üzünü gülabla yusa, üzü zillət görməz”.

“Kim bizim (Əhli-beytin) müsibətlərini yada salıb ağlasa və başqalarını da ağlatsa, bütün gözlər ağlayan gün (yəni qiyamətdə) onun gözləri ağlamaz. Hər kim bizim əmrimizin diri tutulduğu (yəni elmimizin öyrədildiyi, fəzilətlərimizin sadalandığı) məclisdə otursa (iştirak etsə), qəlbi ölməz”.

“Gizlində yaxşı iş görmək açıqda edilən yetmiş yaxşılığa bərabərdir. Günahı aşkarda edən alçalar”.

İmamdan: “Ağıl nədir?” deyə soruşulanda cavab verdi: “Çətinliklərə dözmək, düşməni nəzarətdə saxlayıb izləmək və dostlarla yola getmək”.

“Hər kim bir möminin qəbrini ziyarət edib, onun ruhu üçün yeddi dəfə Qədr surəsini oxusa, Allah onun və qəbrdə yatan möminin günahlarını bağışlayar”.

“Sükut hikmət qapılarından biridir. Sükut vasitəsilə insanların məhəbbəti qazanılar. Sükut hər cür xeyrə yol açar”.

“Hər kim bir mömini sevindirsə, qiyamət günündə Allah onun qəlbini sevindirər”.

“Allah göndərdiyi bütün peyğəmbərlərin şəriətində şərabı haram sayıb və elə bir peyğəmbər olmayıb ki, Allahın istədiyi hər şeyi icra edə bildiyinə inanmasın”.

“Hər gün ətirdən istifadə etməyi tərk etməyin. Əgər mümkün olmasa, iki gündən-bir, əgər bu da mümkün olmasa, hər cümə günü ətir səpin”.

“Gün doğandan Günəş çıxana kimi mələklər insan oğlunun ruzisini bölüşdürərlər. Hər kim günün bu vaxtında yatsa, ruzidən məhrum olar”.

“Peşələrin ən yaxşısı əkinçilikdir. Həm yaxşı, həm də pis adamlar bunun faydasını görərlər. Yaxşı adamlar əkinin məhsulundan istifadə edəndə əkinçinin günahları bağışlanar. Günahkarlar istifadə edəndə isə onların özləri lənət qazanarlar. Əkin məhsulundan hətta heyvanlar və quşlar da faydalanarlar”.

“Əgər dövlət adamları yalan danışsalar, o vilayətdə yağış kəsilər (yəni ruzi-bərəkət çəkilər); hökmdar zülm edəndə, dövlətin dayaqları zəifləyər; camaat (imkanı olduğu halda) zəkat verməyəndə, ev heyvanları qırılar”.

“Bizim tərəfdarlarımız o adamlardır ki, əmrlərimizə tabe olarlar, sözümüzə qulaq asarlar, düşmənlərimizlə müxalifət edərlər. Əgər belə olmasalar, bizdən deyillər”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar