beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YA ELI (e)

Canım fəda olsun sənə, ya Əli!

Allahdan dəlilsən, hikmətsən bizə,

Canım fəda olsun sənə, ya Əli!

Canım fəda olsun sənə, ya Əli!

Uhudda elədin canını qalxan,

Əziz Peyğəmbəri qorudun hər an,

Səhabə döyüşdən qaçdığı zaman,

Göstərdin ümmətə gücü, hünəri,

Canım fəda olsun sənə, ya Əli!

Sən kimi bir alim görmədi cahan,

Sənə qibtə edir min bir pəhləvan,

Ey Kəbə evində doğulan insan,

Sənsən bu ümmətin böyük rəhbəri,

Canım fəda olsun sənə, ya Əli!

Gözündə tük kimi gördün dünyanı,

Sevmədin nifrəti, kini, yalanı,

Xeybər tək alınmaz nəhəng qalanı,

Fəth edib, qazandın böyük zəfəri,

Canım fəda olsun sənə, ya Əli!

Allah sənə verdi elm və qüvvət,

İslam səndə tapdı yenilməz qüdrət,

Cihadda göstərdin hədsiz şücaət,

Pərən-pərən düşdü düşmən əsgəri,

Canım fəda olsun sənə, ya Əli!

Qıymadın məzluma, yetim-yesirə,

Qoymadın zalımı zülmə, əsirə,

Rükuda üzüyü verib fəqirə,

Oldun möminlərin vəli-sərvəri

Canım fəda olsun sənə, ya Əli!

Sən harda oldunsa, haqq orda oldu,

Ədalət qurtuldu, batil boğuldu,

Bu dünya nə qədər boşaldı-doldu,

Gəlmədi sənin tək haqqın məhvəri

Canım fəda olsun sənə, ya Əli!

Allahın yanında uca məqamı,

Hikmətdir sükutu, dürdür kəlamı,

Göndərdi mələklər sənə salamı,

Ucaltdı adını haqq peyğəmbəri,

Canım fəda olsun sənə, ya Əli!

Yaşadın Quranın surəti kimi,

Hökm etdin Allahın höccəti kimi,

Harunun Musaya nisbəti kimi,

Oldun nəbilərin tay-bərabəri,

Canım fəda olsun sənə, ya Əli!

Əhli-beyt şərəfi nəsibdir sənə,

İmamət verildi o pak nəslinə,

Dünyanı qurtaran öz Mehdisinə,

Allah qərar verdi sizlərdən biri,

Canım fəda olsun sənə, ya Əli!

Səndə cəm olubdur elə fəzilət,

Qələm də yazmağa acizdir əlbət,

Əli aşiqindən, ya Rəbb, qəbul et,

Bir kiçik ərməğan kimi bu şeri,

Canım fəda olsun sənə, ya Əli!


Tural (Zehra Awiqi)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar