beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**QaRiWQaNiN_DaWiDiGi_Su**

Nemrud İbrahim
peyğəmbərin atəşdə
yandırılması əmrini
verdikdən sonra meydan
yerə odunlardan böyük bir
yığın düzəltmiş. Odunları
alovlandırmışlar sonra.
Alovlar o qədər yüksəlmiş ki
buludların alovlanacağını
sanmış uşaqlar. Qorxmuş
qaçmış bütün heyvanlar.
İbrahim peyğəmbəri atəşin
tam orta yerinə atacaqlarmış
əsgərlər. Atacaqlarmış ki
Nemrudun nə güclü bir kral
olduğunu anlasın, görsün; bir
daha ona qarşı gəlməsin
İbrahim peyğəmbər.
Bu sırada bir qarışqa
ağızında kiçik bir damla su ilə
qaça qaça gedirmiş. Həm də
boyu göylərə çatan
cəhənnəmi atəşə doğru.
Başqa bir qarışqa onun bu
təlaşını görüb soruşmuş
dərhal yanına gəlib: "Bu
tələsiyin niyə? Hara belə?"
Ağızında bir damla su
daşıyan qarışqa o bir damlanı
əllərinin arasına alıb,
"Eşitmədinmi" demiş.
"Nemrud, İbrahim
peyğəmbəri atəşdə
yandıracaqmış. Atəşin
olduğu yerə su aparıram."
Bu sözləri eşidən qarışqa
özünü tuta bilməyərək
qəhqəhələrlə gülməyə
başlamış. "Sən bu atəşə
dönüb yüzünü heç
baxmadınmı?" deyə
soruşmuş.
"Nə qədər böyük. Sənin bir
damla suyun ona nə edə bilər
ki?"
Su daşıyan qarışqa, "olsun"
demiş.
"Heç olmazsa hansı tərəfdən
olduğum aydın olar."


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar