beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**BaWQaSiNiN_NaMuSuNa_BaXMa_Kii..**

İmam Sadiq (a.s.) buyurub:
"Başqalarının namuslarına
nisbətdə iffətli - həyalı olun
ki, camaat da sizin
namuslarınıza nisbətdə
iffətli olsunlar."
Belə nəql edirlər ki, bir
şəhərdə qırx ilə yaxın idi bir
kişi azan deyərdi. Bir gün
azan demək üçün minarəyə
çıxıb azan deyir.
Qurtarandan sonra ordan
qonşunun həyətinə baxmağa
başlayır ki, bir qızı başı açıq
həyətdə əl-üzünü yuduğu
halda müşahidə edir. Bir
baxışla qızın məhəbbəti
ürəyində yer edir. Axır bu
eşqin qarşısında aciz qalıb
onların evinə gəlib qapıların
döyməyə başlayır. Qızın atası
qapını açıb azançını qapıda
görəndə təəccüb edərək
soruşur:
- Nə işin var?
Azançı cavab verir:
- Qızına elçiliyə gəlmişəm.
Ev sahibi heyrətə gələrək
deyir:
- Biz müsəlman deyilik. Bizim
məshəbimiz "Zərdüşt”
məzhəbidir. Biz öz dini
qaydamıza görə edə bilmərik
müsəlmana qız verək. Hər kəs
istəsə bizimlə qohum olsun,
gərək bizim dinimizi qəbul
etsin.
Qızın eşqi azançının ağlını
başından elə çıxartmışdı ki,
bir az fikir edəndən sonra
onların dinlərinin qəbul
etməsini bəyan edir. Ev
sahibi elə bu fürsəti gəzirdi
ki, bir müsəlman şəxsi öz
dinindən xaric edib öz dininə
gətirsin. Bu surətdə qızın
atası razı oldu. Danışdıqdan
sonra müəyyən vaxt təyin
etdilər ki, bu işi yerinə
yetirsinlər.
Təzə bəy təyin olunmuş gün
nişanlısının evinə gedir ki,
yeni dinə daxil olmasının
bayramını toy məclisi ilə
birlikdə keçirsinlər. Mərasim
qurtarandan sonra təzə bəy
pillələrə bələd olmadığı halda
pillələri sürətlə yuxarı qızın
yanına çıxmağa başlayır.
Pillələrin birində ayağının
sürüşməsilə həyətə yıxılması
bir olur. Ev sahibi təzə
yeznəsinin başı üstünə gəlir
ki, görsün nə oldu. Görür təzə
yeznə bu dünyadan əbədilik
olaraq gözlərini yumub. Bu
minval ilə bir an naməhrəmə
baxmağının nəticəsində öz
nəfsinin əlində əsir qalaraq
qırx illik ibadətini batil etdi.
Hətta bu iş səbəb oldu ki,
kafir halında bu dünyadan
gözlərini əbədi olaraq
yumsun.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar