beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**QuRaNDaN_NaMaZ_HaQQiNDa_BiLDiKLeQiMiZ**

Oxuyun bəhrələnin, amma
fanatizm cəhətdən yanaşmayın,
Elmi cəhətdən yanaşın, Çünki
Quran Böyük bir elmdir!
Aşıladıqca İnsanı daha dərinlərə
aparır.
• Allah kimdir?
Allah - göylərin və yerin nurudur.
Kainatı yaradıb ona nur verən,
yer və göy əhlinə haqq yolu
göstərən xaliqdir.
Ən – Nur 24, ayə 35.
• Şəriət namaza başlamaq
istəyən şəxsdən nəyi tələb edir?
Şəriət müsəlmandan [özünü tək
olan bir Allaha təslim edən
şəxsdən tələb edir ki, namaza
durarkən ilk növbədə hər şeyi
unutsun. Ağlı, fikri yayınmasın.
Əgər yayınarsa onun namazı
qəbul olunmaz və onun namazı
şeytan oyuncağına bənzər. Çünki
Şeytan insanı həmişə fikri
yayındığı vaxt çaşdırmaq istər.
Ona görədə namaza durarkən ilk
növbədə bu sözləri desin. Əuzu
billahi minəş–şeytanir–rəcim
[Yəni Şeytandan uzaqlaşıb Allaha
sığınıram].
Ən – Nəhl 16, ayə 98.
Bu sözləri deyən şəxsin
namazına Şeytan Allahın
qorxusundan heç vaxt mane ola
bilməz. O, namaz qılmağa
hazırlaşarkən qəlbini Allah
qarşısında təmiz tutmalıdır.Yəni
eqoizmi, paxıllıq hissini, dedi –
qoduları
unutmalı,“günah”sayılan
əməllərdən uzaq olmalıdır.
Həqiqətən namaz [insanı] çirkin
və pis əməllərdən çəkindirər!
Əl – Ənkəbut 29, ayə 45.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar