beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazı əvvəl Vaxtda Qılmağa Dair Ibrətamiz əhvalat

Bismillah. Maşının radiosundan azan səsi eşidilirdi. Yanımda oturan cavan oğlan ayağa qalxdı və sürücüyə tərəf getdi. Ona dedi: “Ağacan! Namaz qılmaq istəyirəm!” Sürücüsü etinasız halda dedi: “Get, bala, indi nə namaz qılmaq vaxtıdır ki?” Ancaq cavan ciddi halda dedi: “Sənə deyirəm ki, saxla!” Sürücü başa düşdü ki, o, çox ciddidir. Dedi: “Bura namaz qılmaq yeri deyildir. Səhranın ortasıdır. Qoy bir şəhərə və ya bir dayanacağa çataq. Sonra saxlayaram”. Xülasə cavan əl çəkmədi və sürücü saxlamağa məcbur oldu. Cavan aşağı düşdü və namazını sakit və aram halda qılmağa başladı. Mən də ondan təsirlənib namazımı qıldım. Namazdan sonra bir-birimizin yanında əyləşdik. Maşın hərəkət etdi və mən ondan soruşdum: “Namazınızı əvvəl vaxtda qılmağınıza nə səbəb oldu?” Dedi: “Mən İmam Zaman ağaya (ə.f) söz vermişəm ki, namazı əvvəl vaxtda qılacağam”. Mənim təəcübüm artdı. Dedim: “Necə?” Nəyə görə belə bir söz vermisən?

Dedi: “Mən Avropa ölkələrindən birində təhsilimi davam etdirirdim. Neçə il idi ki, orada idim və qaldığım yer kiçik bir məntəqədə idi. İnstitutun yerləşdiyi yerdən uzaq idi. Çox vaxt bu yolu maşınla gedirdim. Burada ancaq bir avtobus işləyirdi. Diplom almağım üçün axırıncı imtahanı verməli idim. Uzun çətinlikdən, intizardan və qürbət acısından sonra həmin gün gəlib çatdı. Dərslərimi yaxşı oxumuşdum. Axırıncı imtahan üçün avtobusa minmək istəyirdim. Bir neçə dəqiqədən sonra içərisi insanlarla dolu olan avtobus yola düşdü. Mən kitabı açıb oxuyurdum. Yolun yarısını getmişdim ki, avtobus söndü. Sürücü aşağı düşdü və kapotu açdı. Motora bir qədər baxdı və sonra nəyisə etməyə başladı. Gəldi və maşını işə salmağa çalışdı, ancaq maşın işə düşmədi. Bir neçə dəfə təkrar etdi, ancaq faydası olmadı. Avtobusda olanlar aşağı düşdü və dayanacaqda oturub gözləməyə başladılar. Mənim ürəyim döyünürdü və imtahan həyəcənım artırdı. İmtahana az vaxt qalmışdı. Yolda başqa bir nəqliyyat vasitəsi tapmırdım. Çox nigaran və ümidsiz idim. Şəhərə qədər də yol çox uzaq idi və mən bu yolu piyada gedə bilməzdim. Bir neçə addım gedirdim və arxaya baxıb maşın axtarırdım. Bütün bir illik zəhmətim hədər gedirdi.

Birdən xatırladım ki, nə zaman çətinliyə düşsək, İmam Zaman ağaya (ə.f.) təvəssül edərdik. Elə bu yerdə ağlamağa başladım. Öz-özümə dedim: “Ya Bəqiyətillah! Əgər məqsədimə çatmağıma kömək etsən, söz verirəm ki, ömrümün axırına qədər namazımı əvvəli vaxtda qılacağam”. Bir qədər keçən kimi bir sürücü gəlir və avtobusun sürücüsündən soruşur ki, nə olub? O da cavab verir ki, bilmirəm. Həmin adam deyir ki, get, indi maşını işə sal. Sürücü bir neçə dəfə çalışır və nəhayət maşın işə düşür. Hamı sevinir və maşına minir. Məndə ümid oyanır və maşına minirəm. Avtobus tərpənmək istəyəndə həmin kişi avtobusa qalxdı və məni adımla səslədi və dedi: “Bizə verdiyin vədini yaddan çıxartma. Namazı əvvəli vaxtda qıl!”. Sonra maşından düşüb yox oldu və mən onu görə bilmədim. Başa düşdüm ki, bu şəxs Ağa (ə.f.) idi. O qədər göz yaşı tökdüm ki, mən nə qədər qəflətdə olmuşam. Bu, mənim namazı əvvəli vaxtda qılmağımın macərasıdır”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar