Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Qarsisinda En Sevimli Soz

Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: "Kim bir gündə 100 dəfə Sübhani Vebihamdihi desə, günahları azalar, hətta dənizlərin köpüyü qədər çox olsa belə".

Yenə Əfəndimiz (s.ə.v): "Kim səhər axşam 100 dəfə Sübhani Vebihamdihi desə, qiyamət günündə heç kim ondan daha fəzilətlisi ilə gəlməz. Bir Müsəlmanın bunları etməsi 5 dəqiqəsini almaz, hər gün Sübhani Vebihamdihi sözünü 100 dəfə deməyi adət halına gətirsək, Allah qatına ən sevimli sözüylə çıxmış olarıq.

Bu yalan dünyada nə qədər boş sözləri, mahnıları əzbərləyib söyləyirik, sayılı saatlarımızı boşa keçiririk. Şübhəsiz, Allahı həmd ilə zikr etmək bunlardan daha faydalıdır. Amma niyə bunu etmək çətin gəlir insana? Bu böyük nemətdən faydalanaq, başqalarını da Allahı zikr etməyə, təsbeh etməyə dəvət edək.

Unutmayaq, Allahı gündə 100 dəfə zikr edən, təsbeh edənə min savab veriləcəyi və ya min günahı silinəcəyi Peyğəmbərimiz (s.ə.v) tərəfindən bildirilmişdir. Bundan məhrum olmayaq!

Sübhani Vebihamdihi


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...