beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**Hz.AliNiN(e)_ZuLMe_QaRWi_SeBRiNiN_SeBeBi**

İmam Əli (ə) Nəhcul-bəlağədə
“Şiqşiqiyyə” adı ilə tanınan
3-cü xütbədə belə buyurur:
“Peyğəmbərdən (s.a.a.) sonra
bilmirdim ki, öz haqqımı
müdafiə edim- tənha, əli boş,
köməksiz idim- ya da boğucu,
qaranlıq bir mühitdə səbr
edim. Elə bir mühit ki, qocanı
heydən salır, cavanı qocaldır,
mömin kişiləri Qiyamət
gününə qədər qəmli edir.
Mövcud şəraiti təhlil
etdikdən sonra, səbr etmək
qərarına gəldim. Bir halda
(səbr edirdim ki,) sanki
gözümdə tikan, boğazımda
sümük var idi. Gözümün
önündə mirasımın necə qarət
edilməsini görürdüm.”
Habelə, İmam Əli (ə) 217-ci
xütbədə buyurur:
“Peyğəmbərdən (s.a.a.) sonra
mənə zülm edilərkən
ətrafıma baxdıqda, nə bir
köməkçi gördüm və nə də
məni müdafə edən bir kimsə
(ailəmdən başqa). Onların
canını təhlükəyə salmaq
istəmirdim, çünki
Peyğəmbərin (s.a.a.) nəsli
həmişəlik məhv olacaqdı.
Belə bir halda gözümdə tikan
ola-ola gözlərimi yumub,
boğazımda sümük ola-ola acı
camı qurtum-qurtum içib,
qəlbə sancılan qılıncdan daha
ağrılı, zəhərdən daha acı olan
bir məsləyə səbr etdim.
İbn Əbil-Hədid Nəhcul-
bəlağənin şərhində (c. 1, səh.
307) yazır: “Əmirəlmöminin
buyurur: Allaha and olsun,
əgər müsəlmanların arasında
ixtilafın yaranmasından,
küfrün yenidən İslam
cəmiyyəti arasına
qayıtmasından və dinin
məhv olmasından
qorxmasaydım, sizə necə
böyük bir zərbə endirəcəyimi
görərdiniz.”


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar