beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***SaLaM***

Bəlkə də çoxlarımız salam
verməyin o qədər də
əhəmiyyətli olmadığını
düşünürük. Ancaq bu heç də
belə deyil. Bəri başdan deyək
ki, salam Allahın adıdır, əmin-
amanlıq, salamatlıq kimi
mənalara gəlir. Salam vermək
əslində dua etməkdir: “Allah-
Təala səni əmin-amanlıq
içində saxlasın, şərdən,
bəladan qorusun, xətadan
uzaq tutsun”. Bəli, anlayana
salamın faydası çoxdur.
Peyğəmbərimiz (s.ə.s.)
buyurur ki, salam verib,
salam almaq insanlar
arasında sevgini,
səmimiyyəti artırır. Ona görə
də salam verin və salam
verməyi təbliğ edin. Salam
verməyin ən qısa şəkli
belədir: “Əssalam aleykum”,
yəni sizə salam olsun.
Qarşılığı isə belə verilir: “Və
aleykum salam”, yəni sizə də
salam olsun. “Əssalam
aleykum” deyənə eyni cavabı
qaytarmaqdansa, “Aleykum
salam” söyləmək daha
doğrudur. Bəzən biri
“Əssalam aleykum və
rəhmətullah” deyir. Yəni
Allahın salamı və mərhəməti
sizin üzərinizə olsun.
Peyğəmbərimiz buyurur ki,
salamı ya eyni dərəcədə
qarşılığı ilə, ya da daha çox
bəlağətlə və daha çox dua ilə
qarşılamaq lazımdır. Yəni, bu
cür salam verən birinə “Və
aleykum salam və
rəhmətullah” və ya “Və
aleykum salam və
rəhmətullah və bərəkətuhu”
kimi qarşılıq vermək olar.
Salam vermək dediyimiz kimi,
Peyğəmbərimizin bizə
buyruğudur. Əgər biri ilə
kinin, nifrətin ən yüksək
səviyyədədirsə, ona salam
verməyə bilərsən, amma ən
doğru olanı Peyğəmbərimizin
yolunu tutmaqdır.
Sənə verilən salamı almaq
borcundur. Salam almamaq
günahdır . Əgər bir nəfər
otağa daxil olub, hər kəsə
“Əssalam aleykum” deyirsə,
içəridəkilərdən birinin o
salamı alması kifayətdir. Əgər
istəsələr, hər kəs cavab verə
bilər. Salamla başlayan işdə
bərəkət olar, çünki salam
Allahın adıdır.
Salamlaşmaq dinimizin
buyruğudur, xeyir-duadır,
qarşı tərəfə Allahdan əmin-
amanlıq, xeyir-bərəkət
diləməkdir. Yəni salamda hər
şey gözəldir. Salamlaşmaq
həm də sevgi ,
səmimiyyətdir. Rastlaşarkən
adətən, kiçiyin böyüyə salam
verməsini gözləyirik. Əslində
isə kiçiyin birinci salam
verməsi ədəb, böyüyün
birinci salam verməsi
təvazökarlıqdır. Kim birinci
salam verirsə, o daha çox
qazanır. Salam verin, salam
alın və salamı həyatınızın
ayrılmaz parçasına çevirin.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar