beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Seninle Idim, Bes Sen Kiminle Idin?

Bir vaiz minbərdə camaata qiyamət günündən danışırdı. Nəhayət, söhbət ALLAHın (c.c.) qiyamət günündə soruşacağı suallara çatdı.
Və vaiz: "Hamı sorğu-suala çəkiləcək.
ALLAH elmini harada xərclədin deyə soruşacaq. ALLAH malını harada xərclədin deyə soruşacaq. ALLAH ömrünü harada xərclədin deyə soruşacaq...
Soruşacaq... Soruşacaq... Soruşacaq..." - deyə saymağa başladı.
Camaatın arasında Şeyx Şibli Həzrətləri də var idi. Şeyx Şibli Həzrətləri bu qədər təfərrüata baxmayaraq vaizin məsələnin mahiyyətini aça bilmədiyini görüb dedi: "Ey, vaiz! ALLAH o qədər çox sual soruşmayacaq. O, sadəcə olaraq soruşacaq ki: "Ey, qulum! Mən səninlə idim, bəs sən kiminlə idin?"


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar