beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zikr haqqında bir nöqtə

İlahi, biz istəyirik ki, Səni yad edək. Lakin bu iş üçün özün tövfiq əta et.
Biz zikrin, Allahı yad etməyin ən üstün mərtəbəsinə çatmaq istəyirik. Buna görə də Allahın qəlblə zikrimizi getdikcə yüksək mərtəbələrə ucaltmasını və hər bir zikr mərtəbəsini o biri mərtəbəyə keçid vasitəsi etməsini istəyirik. Fərz edin ki, qaranlıq bir otağa daxil olub, işıqları yandırmaq istəyirsiniz. Lakin işıq düyməsinin harada yerləşdiyini bilmirsiniz. Əvvəlcə fənər yandırıb düymələrin yerini tapır, sonra isə otağın tamamilə işıqlanması üçün onları bir-birlərinin ardınca yandırırsınız. Zikr də öncə o biri mərhələyə keçid vasitəsi olan zəif mərtəbələrdən başlanır.
Quyu qazan şəxs, nəmli torpağa çatarkən həmin yerə diqqətlə baxır və suya çatmaq üçün sür`ətlə qazmağa başlayır. İnsan qəlbində də həmin proses baş verir; əgər qəlbdə həqiqət tapılıb, daha sür`ətlə üzə çıxarılarsa, daha çox həqiqət əldə olunacaq. İlahi mə`rifət, məhəbbət və zikr də belədir. Əgər insan öncə tapdığı kiçik yolda qətiyyətlə dayanarsa onun mə`rifəti və qəlblə zikri artacaq.
Əlbəttə, bu işlər Allahın lütfü ilə gerçəkləşir. Allahdan istəməliyik ki, öz məhəbbət və zikrini qəlbimizdə artırsın; Onu daha çox yad etmək üçün bizə şövq versin.
Maraqlıdır ki, bizə yolu göstəriblər. Əgər özbaşına getməli olsaydıq nə vaxt yola çatacağımız mə`lum deyildi.
Bəli, müştaq olmalıyıq. Bizim üçün asan olan zikrləri sonrakı zikrlər üçün müqəddimə etməliyik. İnsan Allahın qüdsi məhəlli və adları vasitəsi ilə əldə olunan rahatlıqda sonuclanan yolda təlaş etməlidir. Allahın müqəddəs məhəlli və adları vardır. İnsan həqiqətlərə yetişməklə müvəffəq ola bilər. Bu müqəddəs məkan pakizəlik məkanıdır; bu müqəddəs məkan bütün çirkinliklərdən uzaqdır. Beləliklə, kamillik mərtəbələrindən biri Allahın müqəddəs məkanı və adlarına çatmaqdır. Bu məkana çatdıqda təsəvvürümüzə sığmayan, heç nə ilə müqayisə edilməyən ləzzət, aramlıq və asayiş əldə olunur. Demək, insan bu kamala çatmaq üçün çalışmalıdır.
Duanın bu hissəsində bağışlanmaq, dünyəvi ehtiyaclar, əzab qorxusu və maddi arzulara çatmamaqdan söz açılmır. Minacatın bu hissəsində ən üstün ləzzətlərə, yə`ni müqəddəs ilahi məkan və adlara çatmaqdan danışılır. Lakin hər insanda bu qədər yüksək təlaş yoxdur. Əgər bu dualar olmasaydı, insan belə uca məqamların olmasını güman etməzdi.
Biz insanların təlaşı zəifdir; adətən, yemək, geyim, istirahət üçün sakit məkan və bu qəbildən olan ne`mətlər əldə etməyə çalışırıq. Müqəddəs məkan və ilahi adlara çatmaq üçün təlaş ilahi bəxşişdir.


Tarix: 03.06.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar