beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özününtərbiyədə Zikrin Rolu..

Allahı zikr etmək böyük bir ibadət, nəfsin tərbiyəsində təsirli bir amildir. Allahın zikri dedikdə onu dil və qəlb ilə xatırlamaq nəzərdə tutulu. “Sübhanəllah”, “əlhəmdulillah”, “la ilahə illəllah”, “Allahu əkbər” ən məşhur zikrlərdir.
Həzrət Əli (ə) buyurur : “Allahı kamil şəkildə zikr et. Qəlbinlə dilin, batininlə zahirin eyni olsun. Həqiqi zikr odur ki, insan öz nəfsini unuda.”
İmam Sadiq (ə) buyurur: “Həqiqi zikr edən insan günaha batmaz.” İslam peyğəmbəri (s) buyurur: “Üç şey ümmətim üçün çətindir.
1.Var dövlətdə mömin qardaşla bərabər olmaq.
2.Xalqla insaflı olmaq.
3.Bütün hallarda Allahı zikr etmək. Zikr dedikdə “Sübhan əllah”, “əlhəmdulillah” demək nəzərdə tutullur. Allahı zikr etmək odur ki, qarşıya haram iş çıxanda Allahdan qorxub günahdan uzaq olasan.”
Allahın zikri üçün heç bir hədd müəyyən olunmamışdır. “Ali-İmran” surəsinin 41-ci ayəsində buyurulur: “Rəbbini çox yad et, axşamlar və səhərlər onun zikrində ol.

İmam Sadiq (ə) buyurur: “Allahın bacardıqca çox, gündüzün və gecənin hər saatında zikr edin. Allah o mömini yada salır ki, həmin mömin Allahı yada salmış olsun.” Həzrət peyğəmbərdən (ə) soruşdular ki, məscid əhlinin yaxşısı kimdir? Həzrət buyurdu ki, Allahı başqalarından çox zikr edən şəxs.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar