beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hörümçək Toru

Dünya həyatında həmişə pislik edən bir adamı ölüncə cəhənnəm qapısında bir mələk qarşılayır.Mələk adama belə səslənir:"Həyatda ikən tək bir gün belə birinə yaxşılıq etdinsə bura girməyəcəksən. "
Günahkar adam uzun müddət düşündükdən sonra,bir dəfə meşədə gördüyü hörümçəyi xatırlayır.Balta girməmiş meşədə gedərkən qarşısına bir hörümçək toru çıxmışdı.Adam toru pozmamaq və hörümçəyi əzməmək üçün o gün yolunu dəyişdirmişdi.Həyəcan içində o günü mələyə izah etdi.
Mələk adama gülümsədi və ardından əl çaldı.Göydən bir hörümçək toru enmişdi. Adam bu tora yapışaraq cənnətə girə biləcəkdi.Adam sevinc içində tora dırmaşarkən cəhənnəmdən bəziləri də bu tora yapışaraq cənnətə getməyə çalışdılar. Amma adam tora o qədər çox insanı daşımayacağından qorxaraq onları itələməyə başladı.Tam o sırada tor həqiqətən qopur və digərləri ilə birlikdə adam da cəhənnəmə düşür."Təəssüf" dedi mələk."Eqoizmin,həyatında işlədiyin tək yaxşılığı da pisliyə çevirdi.
O insanlara sevgi göstərə bilsəydin əgər,torun hər kəsi daşıya biləcəyini də görəcəkdin."

Həyatın hörümçək torunu hörən insanın özü deyil.O,bu torda yalnız bir teldir və bu tora etdiyi köməyi əslində öz həyatına etməkdədir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar