beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cennetdeki Kovser Cayi

ALLAHın Rəsulu Məhəmməd Peyğəmbər Kövsər çayı və Tuba ağacı haqqında belə buyurur: Qadir ALLAH Cənnətdəki Kövsər çayını mənim üçün yaradıb.Quranda bu haqda belə yazılıb.Ya Peyğəmbər!Həqiqətən Biz sənə Kövsər bəxş etdik(Quran.108:1)Kövsər çayının uzunluğu Səfa dağından Yəmənə qədər olan məsafə qədərdir.Bu çay öz suyunu göy qübbəsinin altından götürür,yuxarı Cənnətə doğru axır.Çayın axın sürəti kamandan çıxan oxun sürətini andırır.Suyun rəngi qardan ağdır,dadına görə şəkərdən şirindir,müşkdən ətirlidir.Kim buçayın suyundan bir qurtum içərsə,o bir daha su içmək istəməz və bütün azarı,bezarı canından çıxar.Çayın kənarları qızıldan,ətrafındakı torpağı müşk-ənbərdən yaranıb,çayın dibi qaş-daşla doludur.Çayın kənarlarına qiymətli daş-qaşlardan düzəldilmiş qədəhlər vardır.Nə vaxt ki,ulduzlar düşəcək,gün dəyişiləcək,axirət günü əvvəlki günləri əvəz edəcək,adamların qədir qiymətindən . ləyaqətindən asılı olmayaraq bütün ümmət bir yerə toplaşacaqvə mənim əsabələrim həmin qədəhlərlə hamıya su verəcəklər.Mənim ardıcıllarımdan o kəslər daha xoşbəxt olacaqlar ki,onlr ilk dəfə bu suyun tamından dadacaqlar.Bu xoşbəxt adamlar o kəslərdir ki, onlar həyatlarında dünya ləzzətindən dadmayıblar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar