beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəflət Bədbəxtliklərin Mənbəyidir

Birinci ayədə ən pis insanlar tanıdılmışdır. Belə ki, onların xüsusiyyətləri sayılmış və dördayaqlı heyvanlara bənzədilmişdilər. Onlar həmin qafil olanlardırlar.

Bu cəhənnəm əhlinin ən pis xüsusiyyəti - qafil olmaqlarıdır. Onlar bu qəflətə görə dördayaqlıların süqut etdiyi səviyyədən də aşağıda yerləşirlər. Çünki dördayaqlılar qafildirlər və qafil olmamaq kimi istedadları yoxdur. Ancaq insan agah olduğu halda qafil olarsa, onlardan da aşağı səviyyədədir deməkdir. Onların cəhənnəmə düşməkləri özlərinə görədir. Çünki onlara ağıl verilmişdir, ancaq ondan istifadə etmirlər, gözləri və qulaqları olduqları halda heç nə görmür və eşitmirlər. Ona görə də o kəslər ki, Allah tərəfindən verilən istedadlardan istifadə etmirlər, sonları cəhənnəm atəşi olar. Bütün bunlar da insan iradəsindən asılıdır.

İkinci ayədə isə cəhənnəmin astanasında olan kafirlərdən bəhs edilir. O zaman ki, Allahın vədəsi yaxınlaşar, bütün vücudlarını elə bir dəhşət bürüyəcəkdir ki, gözləri hərəkətdən dayanacaqdır. Burada onların fəryadları yüksələcəkdir: “Vay olsun bizə! Biz bu səhnədən qafil idik. Zalım olmuşuq”. Bu kafirlər yollarını azmağı qəflət olmaqlarında görürlər. Qəflət onları, özlərinə və başqalarına zülm etməyə dəvət edirdi. Hətta İlahi Peyğəmbərlərə (ə), İlahi kitaba da zülm edilmişdir. Onlar bunu o zaman dərk edirlər ki, artıq dünyada deyillər və tövbə qapıları üzlərinə bağlanmışdır.

Üçüncü ayədə isə Peyğəmbəri-Əkrəmə (s) xitab edilərək, əmr verir ki, kimlərlə oturub-dura bilər. Kimləri ətrafından uzaqlaşdırmalıdır. Bu ayədə Peyğəmbərlərlə (s) ünsiyyət bağlamağa layiq insanlar - iman sahibləri, ibadətkarlar və Allahı zikr edənlərdirlər. Ancaq o kəslər ki, Allahı zikr etməkdən qəlbləri qafildir, həvayi-nəfslərinin ardınca gedirlər - uzaq olsun.

Bəli! Allahı zikr etməkdən qafil olanlar həvayi-nəfsin qurbanıdırlar, onlar ifrat yolunda addımlayırlar.

Dördüncü ayədə cəhənnəm əhlinin bir neçə xüsusiyyətini sadalayır: “O kəslər ki, məada inanmırlar, ancaq dünya həyatı ilə xoşdurlar, ona inanırlar. Ayələrdən qafil olanların yeri atəşdir”. Bu ayə cəhənnəm əhlinin ayələrdən qafil olmasına aid deyilmişdir. Əslində kökü məadı inkar etməyə, dünyaya inama və axirəti yaddan çıxartmağa qayıdır. Qəflət insan bədbəxtliklərinin əsas köküdür. Halbuki, behişt əhlinin xoşbəxtliyinin kökü - agahlıqları, ayıqlıqları və Allahı zikr etmələridir.

Hədislərin birində Allah buyurur: “Üç nəfərə görə təəcüblənirəm: o kəslərin ki, cəhənnəm atəşinə imanları vardır. Bilirlər ki, qarşılarında nə var. Necə gülürlər və dünyaya bel bağlayanlar ki, bilirlər ki, tezliklə ondan ayrılacaqlar. O kəslər ki, qafildirlər və bilirlər ki, Allahın mələkləri ondan qafil deyillər. Necə pis işlərlə məşğul ola bilirlər”.

Beşinci ayədə ancaq zahiri görən insanlardan bəhs edilmişdir ki, qəflətləri nəticəsində nəinki dünya sirlərini görmürlər, hətta dünyanın zahiri ilə qənaətlənirlər. Quran da bu haqda buyurur ki, bu insanlar dünyanın ancaq zahirini görürlər. Axirətdən qafildirlər.

Əgər qəflət xəcalət kölgəsini qəlblərinə salmasaydı, dünya həyatının yerinə Allah və məadı görərdilər. Qurani-Məciddə varlıqların yaradılış sirləri Allahın nişanələri kimi bəyan edilmişdir.

Altıncı ayədə kafirlərin ən təhlükəliləri haqqında bəhs edilmişdir. Onlar küfrdən başqa təkəbbürə də bulaşıblar. Onların bu bədbəxtliklərinin səbəbi də qafil olmaqlarıdır.

Ayənin sonunda kafirlərin İlahi ayələrdən məhrum edilməsinin səbəbi Allah nişanərlərindən qafil olmaqları kimi izah edilir.

Yeddinci ayədə isə fironların təkəbbüründən bəhs edilmişdir. Onlar İlahi ayətləri inkar etdiklərinə görə müxtəlif bəlalara düçar olmuşdular, ancaq ayılmamışdılar. Beləliklə bu ayədən də görmək olar ki, onların məhv olmaqlarının səbəbi İlahi nişanələrdən qafil olmaqlarına qayıdır.

Ola bilsin ki, qəflət inkarın mənbəyi olsun. Qəflətin mənbəyi çox hallarda ixtiyarı olur. İnsan İlahi ayələrin sorağına getməyənə qədər, İlahi müəllimlərə qulaq asmayana qədər təbii ki, qəflət onu basacaqdır. Ona görə də xatakar insanları qəflətlərinə görə daima məzəmmət edirlər.

Səkkizinci ayədə də qəflət sözünün istifadə edilməməsinə baxmayaraq, həmin qəflət mənasını verir. Bu ayə Peyğəmbərin (s) dövründəki müşriklər haqqındadır. Onlar qəflət içində idilər. Bəzən qəflət yuxusundan ayılırdılar, bəzən də şirkə qərq olurdular.

Bəli! Təhlükəli hadisələr tufanı qəflət və xəbərsizlik pərdəsini kənara çəkər və ağıl gözünü aydınlaşdırar. Bəzi insanlar bu ayıqlılığı nemət bilərək, özlərini islah edərlər. Ancaq bir çox insanlar vardır ki, həmin hadisə vaxtı ayıq olurlar, hadisədən sonra isə qəflət pərdəsi yenidən ağıllarını bürüyər və əvvəlki hallarına qayıdarlar.

Beləliklə deyə bilərik ki, insan bədbəxtliyinin ən mühüm səbəblərindən biri də qafil olmaq və xəbərsiz olmaqdır. Nədən? İlahi ayə və nişanələrdən. İnsan nə qədər İlahi nişanələrdən uzaq olarsa, bir o qədər bədbəxtlik bataqlığına qərq olar. Ona görə də həqiqi müsəlman İlahi ayələrdən qafil olmamalıdır və bu nişanələrdən faydalı nəticələr çıxartmalıdır.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar