beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.Eli(e)-in Gözel Cavabi.

Bir gün Elm və Hikmət qütbü Həzrəti-
Əli atını minməyə hazırlaşarkən, bir
ayağı yerdə, o biri ayağı üzəngidə
olduğu halda bir yəhudi riyaziyyatçı
ona: «Ey bütün biliklərə sahib olan
İmam! Mənə elə bir ədəd de ki, 1-dən 10-a qədər bütün rəqəmlərə
bölünsün və qismət qalıqsız olsun».
Həzrəti-Əli elm aynası olan parlaq
üzünü yəhudi alimə çevirərək
«İstədiyin ədədi tapa bilsəm,
müsəlman olarsanmı? — Bəli, olaram, ey İmam! Onda həftənin günlərini vur
çevrənin tam dərəcəsinə» — o biri
ayağına da üzəngiyə keçirib atını
mindi. Yəhudi 7-ni 360-a vurub 2520
ədədini aldı, sonra yenə də fikrində
2520:1=2520; 2520:2=1260; 2520:3=840: 2520:4=630;
2520:5=504; 2520:6=420;
2520:7=360; 2520:8=315;
2520:9=280; 2520:10=252 Heyrət və
dəhşətlər içində, yəhudi alim infial
edərək: «Ey elmi büllurlardan duru İmam! Verdiyin vədə əməl edib,
müsəlman oldum! İslamı qəbul
edirəm!» Bir müsəlmanın da
artdığından xoşbəxtlik duyan Həzrəti-
Əli atını çapıb, gözdən itdi.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar