beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana Və Uşaq (təsirli Hekayə)

Ana, bilsən nə xoşbəxtəm, hər gün
bir
damcı boy atıram. Böyüməyimdən
xəbərin olsa da, burada hansı hisslər
keçirdiyimdən xəbərsizsən. Fikirləşirsən
ki, bir tikə canımla nə düşünə bilərəm.
Düzdür, heç nə görməsəm də hər şeyi
duyuram – məni əzizlədiyini, əllərinin
istisini, hətta hirsləndiyini də... Göz açıb
böyüyəndə nəyə hirsləndiyini mütləq səndən soruşacam. Nədisə son günlər
yaman ağlayırsan. Ağlama ana, onda
mən də burada kövrəlirəm! Hə, hə,
ağlayıram! O gün mənə güclü zərbə
dəydi. Elə bildim əzilib buradaca
öləcəm. Məni qoru ana, sənə gələcəkdə yaxşı
bala olacam, incitməyəcəm, göz yaşı
axıtmağa qoymayacam. Bax, elə
bətnindəcə söz verirəm!.. Görəsən,
atam
da məni sənin kimi sevir? Onun da əzizləməyinə elə ehtiyacım var ki.
İstəyimi duya bilsəydin, arzumu ona
çatdırardın. Əlinin istisinə, qüvvəsinə,
bilsən, necə həsrətəm. Kaş ki, məni
duya biləydin... Dünən az qala səni
itirəm. Hə, hə, yalnız sən deyil, mən də səni itirə
bilərəm. Allah qorusun! Nə idi o yük?
Ağır yük qaldırıb məni, özünü çətinə
salma! Olmuya, daha istəmirsən, hə?
Yox, buna inanmağım gəlmir! Axı, sən
anamsan!... Atam kömək edə bilməzdi?
Bir də belə şey eləmə! Bilsən,
buradaca
səni itirməkdən necə qorxuram? Uff!!!
Neynirsən? Tullanıb-düşürs ən, nədir?
Özünə, mənə yazığın gəlsin! İncitmə

olar! Bəsdi, qurtar!... Ay Allah, heç
olmasa sən onun fikrindən daşındır!
Deyəsən, dayandı, axı? Sag ol, ay Allah, bu dəfə

ölümdən qurtardın! ...Ana, niyə məni
daha əvvəlki kimi əzizləmirsən?
Hardan
biləsən ki? Axı duymursan. Son zamanlar
məndən yaman soyumusan. Gəl,
əllərini toxundur, ovcunun istisində
bir az
qızınım. Soyuqluğun məni yaman
üşüdür. Olmuya? Yox, sən bunu etməzsən! Aha, deyəsən axı, get-gedə
duymağa başlayırsan? Əlini mənə
toxundurdun. Sag ol, anacan! Bəs, o
biri əl kimindir? Atamın? Yox, qadın
əlinə
oxşayır. Kim olar, görəsən? Aman Allah,
bu nədir, yaman incitdi? Uff!!! Bu
dəmir
parçası nədir, hə? Ay Allah, qoyma
məhv
olum! Dəmir məni əzir, doğrayır... Ay Allah, məni öldürürlər, necə buna
dözürsən? Axı, yaradan sən idin?
Günahım nədir? Anacan... ana, sən
bunu
etməzsən!... Hayıf... səni görmədən
ölürəm.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar