beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın Işləməlidirmi?

Qadın işləməlidirmi? Qadının işləməsi və ya işləməməsi məsələsi yalnız müsəlmanları narahat etmir. Bezi insanlar qadının daha çox evdə oturub lazımi işlərlə məşğul olmasını uyğun görüblər. Düzdür, lakin Müasir dövrdə elə işlər və ixtisaslar var ki, onlar məhz qadınlara xas olmalıdır, burada kişinin işləməsi heç də uyğun sayılmır. Məsələn, doğum evlərində, qadın məsləhətxanalarında, qızlar üçün tədris müəssisələrində kişilərin olması nə qədər uyğundur? Hətta bəzi başqa müəssisə və şirkətlərdə, qadınların müraciət etdiyi yerlərdə kişilərin olması nə dərəcədə bəyənilir? Alt geyimi almaq istəyərkən, yaxşı olar ki, mağazada qadın işləsin. Qadının evdən çıxması, başqa yerdə işləməsinin müsbət tərəfləri də vardır. Ana və qadın həm ev işlərinin qeydinə qalmaq, həm uşaqların tərbiyəsi, həm də səhərdən axşama kimi işləmək əziyyətini çəkir. Bir tərəfdən də bir çox işə başı qarışan qadın həyat yoldaşına o qədər diqqət göstərə bilmir. Əsasən qadının cəmiyyət arasına çıxması, kişilər ilə bir yerdə olması, onlara qaynıyıb-qarışması və onlarla birgə iş görməsi əsas problemdir. Bu yöndə isə qadın çalışıb əks cinsin nümayəndəsi ilə sıx əlaqədə olmayan, bir otaqda təklikdə qalmayan bir yerdə çalışmalıdır. Çox şeylər qadının özündən də asılıdır. Qəlbində Rəbbinin təqvası olan, daim Rəbbini yad edən və Rəbbinin onu nəzarət etdiyini hiss edən, şəriətin buyurduğu kimi geyinib evdən çıxan, yalnız öz işi ilə məşğul olan, lazımsız işlərdə və söhbətlərdə iştirak etməyən qadın daim qorunacaqdır! Bu zaman onun ətrafındakılar da ona hörmətlə yanaşacaqlar. Bu zaman həm özü rahat olacaq həm də Rəbbi ondan razı qalacaqdır. En başlıcası ise, qadının hər zaman öz büdcəsi olmalıdır ki, kişiden asılı olmasın!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar