beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hami Oxusun.Cox MARAQLI VE LAZIMLI ..Dində And I

Əgər bir şəxs bir işi yerinə yetirəcəyinə yaxud tərk edəcəyinə and içsə, məsələn oruc tutacağını yaxud siqaret çəkməyəcəyinə and içsə, bilə-bilə andı ilə müxalif etdiyi təqdirdə günah etmiş olur və kəffarə verməlidir, yəni bir qul azad etməli yaxud on fəqiri doydurmalı və yaxud onları geyindirməlidir. Əgər bunları yerinə yetirməsə üç gün ardıcıl oruc tutmalıdır.
Andın bir neçə şərti vardır:
1. And içən şəxs yetkinlik həddinə çatmalı və ağılllı olmali, öz iradə və ixtiyarı ilə and içməlidir. Deməli, uşaq, dəli, sərxoş və məcbur edilən şəxsin andı düzgün deyildir. Həmçinin əsəbi halda ixtiyarsız və məqsədsiz and içsə də, düzgün deyildir.
2. And içib yerinə yetirəcəyi iş haram, yaxud məkruh olmamalı və and içib tərk edəcəyi iş də vacib yaxud müstəhəb olmamalıdır. Əgər mübah işi tərk edəcəyinə yaxud yerinə yetirəcəyinə and içsə, onu tərk etmək yaxud yerinə yetirmək əql sahiblərinin nəzərində üstünlüyə malik yaxud onun özü üçün dünyəvi məsləhəti olduğu təqdirdə andı düzgündür.
3. "Allah" və "Xuda" kimi Onun müqəddəs zatından başqasına deyilməyən adlarından birinə and içməli yaxud yalnız Allaha məxsus olan sifət və yaxud feillərlə Allahı yad etməlidir, məsələn: "Səmaları və yeri yaradana and olsun" - deyə and içməlidir. Yaxud da elə bir ada and içməlidir ki, o ad Allahdan başqasına deyilsə də, Allahla əlaqədar çox deyildiyindən bir şəxs o adı dilinə gətirdikdə yalnız Onun müqəddəs zatı nəzərə gəlir. Məsələn: "Xaliq və Raziq" adına and içsə düzgündür. Hətta elə bir ada and içməlidir ki, yalnız and içmə məqamında "Səmi və Bəsir" kimi Allahın zatını xatırlasa, o andı düzgündür.
4. Andı dilə gətirməlidir: Amma lal bir şəxs işarə ilə and içərsə andı düzgündür. Həmçinin danışmaq gücünə qadir olmayan şəxs onu yazıb qəlbində də niyyət edərsə, kifayət edər. Hətta əgər danışmağa qadir olsa belə, andı yazsa vacib ehtiyata əsasən, ona əməl etməlidir.
5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, lakin sonradan mümkün olsa kifayətdir. Əgər and içdiyi zaman mümkün olub sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozulur. Həmçinin anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa da, hökm eynidir. Əgər bu acizlik onun ixtiyari ilə olsa, yaxud öz ixtiyari ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah etmiş, kəffarəsi vacibdir.





Əgər ata övladını yaxud ər öz arvadını and içməkdən çəkindirsə, onların andı düzgün deyildir.
Əgər övlad atasının və arvad ərinin icazəsi olmadan and içsə, ata və ər onların andını poza bilər.
Əgər insan unutqanlıq,çarəsizlik və yaxud qəflət üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin onu andına əməl etməyə məcbur etsələr də, belədir. Vasvası şəxs, məsələn: "Allaha and olsun ki, indi namaza başlayıram" - deyə and içsə sonra da vasvası olduğu üçün namaza məşğul ola bilməsə onun vasvasılığı qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək tərzdə olsa, ona kəffarə vermək lazım deyildir.
Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisəyə son qoymaq üçün yalan yerə and içmək böyük günahlardandır. Lakin özünü və yaxud başqa bir müsəlmanı bir zalımın şərindən qurtarmaq üçün yalandan and içsə, eybi yoxdur. Hətta bəzən vacib də olur. Yalnız "tövriyə" etməsi (yəni and içdiyi zaman sözün həqiqi mənasını bir işarə işlətmədən cümlənin zahiri mənasından başqa bir mənanını nəzərdə tutmaq) mümkündürsə, vacib ehtiyata əsasən, tövriyə etsin. Məsələn: Bir şəxsə əziyyət vermək istəyən bir zalım insandan onu görüb görmədiyini soruşsa, o da onu bir saat qabaq görübsə beş dəqiqə qabaq görmədiyi məqsədində tutaraq "Xeyr, görməmişəm" - desin.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Maraqlı melumatlar