beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duyğusallıq şeytanın Silahıdır

Din əxlaqından uzaq cəmiyyətlərdə çox vaxt doğrular yanlış, yanlış olan isə doğru kimi tanınır. Allahın məmnun olmayacağı, yanlış olan bir davranış təqdirə layiq görülərkən, gözəl davranış isə əksinə, son dərəcə adi qarşılana bilər, hətta tənqid belə oluna bilər. Yanlış və doğruların bir-birinə qarışması dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez rast gəlinən və ümumi quruluşu meydana gətirən bir vəziyyətdir.

Romantizm də "doğru" zənn edilən xüsusiyyətlərdən biridir. Romantizm cahiliyyə cəmiyyətinin içində şəfqətli, yaxşı insanlara xas, gözəl bir xüsusiyyət kimi tanınır. Halbuki bir insanın qarşılaşdığı hadisələrə duyğusal yanaşması son dərəcə təhlükəlidir, çünki romantizm insanlar üçün ən əhəmiyyətli və həyati xüsusiyyətlərdən biri olan "ağlı" tamamilə sıradan çıxarır.

Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra Surəsi, 64)

İnsanları din əxlaqından uzaqlaşdıran, Rəbbimiz olan Allaha qulluq etməkdən saxlayan, onların başına saysız-hesabsız bəlalar gətirən hiyləgər bir təhlükə vardır. Bu təhlükə həyatın müxtəlif sahələrində fərqli hadisələrlə qarşımıza çıxa bilər. Bir faşistin sıxılmış yumruğu bu təhlükəyə işarə edə bilər, bir kommunistin söylədiyi marş eyni təhlükənin izlərini daşıya bilər, bəzən də sevdiyi qıza eşq məktubu yazan bir gəncin sözləri bu təhlükədən qaynaqlana bilər.

Bu təhlükənin ən qabarıq cəhəti isə insanların bir hissəsinin bunu bir təhlükə olaraq görməməsidir. Bunun Quran əxlaqına tamamilə zidd ruh halı olduğunu da çox az insan bilir. Hətta insanların çoxu bu ruh halını bir təhlükə və yanlış olaraq deyil, təqdir edilməsi və yaşanması lazım olan bir üstünlük olaraq görürlər. Bu təhlükə insanları ağıllarına görə deyil, hisslərinə - ehtiraslarına, hirslərinə, zəifliklərinə və inadlarına görə yaşamağa yönəldən duyğusallıqdır.

Duyğusallıq, dünyada yüz milyonlarla insanı öz təsiri altına almış bir cahiliyyə mədəniyyətidir. Əslində şeytanın insanları Allahın yolundan saxlamaq üçün istifadə etdiyi silahlardan biridir. Çünki duyğusallığın pəncəsinə düşmüş insan ağlından istifadə edə bilmir. Ağlını istifadə etmədiyində isə nə özünü yaratmış olan Allahı təqdir edə bilər, nə Onun dəlilləri və hikmətləri üzərində düşünə bilər, nə də Quran əxlaqının incəliklərini qavrayıb yaşaya bilər. Çünki din əxlaqının yaşanması ağılla mümkündür və Allah Quranı"ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün " endirmişdir. (Sad Surəsi, 29)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar