beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hekaye Cooooooooox Maraqlidir Cox GECE SEHRADA

Behreyn Avropa ve hegemon dövletlerin istismarı altında olduğu dövrlerde müselmanları razı salmaq üçün, bir sünni mezhebli nasibini (Imam Eli-la düşmen olanlara verilen ad) ora hakim teyin etmişdiler. Onun şielere qarşı qatı düşmen olan bir veziri var idi. Behreyn ehalisinin ekseriyyeti şie ve Ehli-beyt aşiqi olduğu üçün onlara qarşı düşmençilik ederdi. O, daim şielere ezab-eziyyet verer, onların mehv olub aradan getmesi üçün müxtelif hiylelere el atardı.
Günlerin bir günü vezir hakimin yanına gelib ona üzerinde
<< La Ilahe illellah Muhemmedun Resulullah ve Ebu Bekru ve Umeru ve Usmanu ve Eliyyu xulefai resulullah.>>
(Allahdan başqa Allah yoxdur. Mehemmed onun resuludur. Ve Ebu Bekr, Ömer, Osman ve Eli Allah peyğemberinin xelifeleridir.) yazılmış tebii işareleri olan bir nar teqdim edir. Hakim diqqetle nara baxdıqdan sonra tam yeqinlikle bele qenaete gelir ki, narın üzerindekiler şielerin Elinin Peyğember (s)-den sonra xelife olmasına dair iddialarını batil edecek qeti delil ola biler. Üzünü vezire tutub deyir: Indi ne fikirleşirsen? Biz onlarla ne edek? Vezir deyir:
Şieler teessübkeş bir camaatdır. Onlar hetta, esaslı delilleri bele qebul etmirler. Bunun üçün de gerek onların en böyük alimlerini çağırıb bu narı gösterek ve onlara dörd yol teklif edek; ya esassız mezheblerinden el çekmeli, ya zilletle cizye(vergi) vermeli, ya kişileri öldürülüb qadınları esir olmalı, ya da bu narın müqabilinde esaslı delil getirmelidirler !
Hakim xebis vezirin teklifini qebul edir. O, vaxt teyin edib şie alimlerini saraya çağırtdıraraq onlara xeber gönderir ki, mühüm bir mesele barede söhbet etmek isteyir. Alimler yığıncaqda hazır olduqdan sonra hakim narı onlara gösterib vezirin teklifini söyleyir ve teleb edir ki, tez bir vaxta dürüst cavab versinler. Eks teqdirde, onların özlerini öldürecek, qadınlarını esir götürecek ve var-dövletlerini ise qaret edecekdir. Sonra bildirir ki, onlara edeceyi en böyük güzeşt onlardan zilletle cizye alması olacaqdır. Bir sözle, şielere eynile Islam dövletine tabe olan qeyri-müselmanlarla nece reftar olunursa, ele reftar olunacaqdır. Şie alimleri narı görüb hakimin sözlerinden bedenleri lerzeye düşür ve özlerini itirirler. Onlar ne edeceklerini ve ne cavab vereceklerini bilmirler. Alimlerden bir neçesi hakime deyir: Eger mümkündürse, bize üç gece möhlet ver, sene cavab vere bilek. Yox, eger vere bilmesek, her ne istesen bize qarşı heyata keçire bilersen.
Hakim onlara üç gece möhlet verir. Alimler qorxu ve hürkü içinde bir yere toplaşıb, birge meşveret edirler. Nehayet, hamılıqla bele bir qerara gelirler ki, teqva ehlinden olan on nefer zahid alim seçsinler ve onların da arasından üç nefer üstününü teyin edib, her gece biri sehraya getsin ve Imam Zaman (e)-a tevessül etmekle meselenin helli yolunu tapsınlar. Onlar bele de edirler. Birinci gece onlardan birine deyirler: Bu gün sehraya gedib orada ibadetle meşğul ol ve dua, münacat ederek Allahın qapısını döy.
Sonra ise Imam Zaman (e)-a tevessül edib ondan kömek dile. Belke, Hezretden bu müemmanın cavabını öyrene bildin. Qelbi iman ve teqva ile dolu hemin alim ixlas ve sedaqetle sehraya üz tutur ve sehere qeder Allahla münacat etdikden sonra, Imam Zaman(e)-a tevessül edir. Lakin, teessüfler olsun ki, bir şey görmür ve cavabsız qayıdır. Ikinci axşam o biri teqvalı alim sehraya üz tutur. O da birinci alim kimi sehere qeder münacat ve dua edib, Imam Zaman (e)-a andlar verse de cavabsız gelir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 257 Bölmə: Maraqlı melumatlar