beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübarək Ramazan SMS-ləri

Artıq 11 ayın sultanı hesab olunan mübarək Ramazan ayı daxil olub.


Belə bir mübarək ayın daxil olması münasibətilə insanların bir-birini təbrik etməsi, çox gözəl əməllərdəndir.

Milli.Az "Deyerler"ə istinadən sizə mübarək Ramazan SMS-ləri təqdim edir. Oxuyun, zövqünüzə görə birini və ya bir neçəsini seçin və sevdiklərinizin gözəl ayını təbrik edin.
Ramazanınız bir daha xeyirli, bərəkətli və mübarək olsun!

Vətənimə Mübarək Ramazan ayının misilsiz ve bərəkətli anlarından bol-bol bəhrələnməyi arzu edirəm!

Sadəcə adı ilə belə, insanın qəlbini rahatlatdığı Ramazan ayında sizlərə mənəvi rahatlıq arzulayıram.

Bu ay sadəcə aclıq və susuzluq ayı deyil. Bu ayda əslində iftara qədər kifayət qədər qidalar var – mənəvi qidalar. Həmin qidalar – gözəl ibadət və dualardan bəhrələnmək diləyi ilə!

Əziz, dəyərli və mərd xalqım! Səni mübarək Ramazan ayının gəlməsi münasibəti ilə təbrik edirəm. Allah bu ayda Şeytanı (lən) zəncirləməklə bizə ona hakim olmağı nəsib edib. Şeytan (lən) bizim səlahiyyətimiz altındadır, buraxmayaq onu, həbs edək onu iradəmizə! Uğurlar sənə mənim xalqım!

Bağışlayan Allahdan mübarək Quranın nazil olduğu bu nurani ayda bütün müsəlmanlara Qurandan və Əhli-beytdən (ə) ayrı düşməməyi diləyirəm!

Bismilliləhir-Rahmənir-Rahim! Mübarək Ramazan ayı bir fürsətdir ki, Allaha bəndəçiliyimizə nə qədər müvafiq olduğumuza bir də nəzər salaq. Bu, bir fürsətdir. Allahdan dua edirəm ki, bu fürsətdən ilahi tofiqatlarla bəhrələnməyi bizə nəsib etsin! Bu fürsətin yetişməsi münasibətilə bütün fürsətsevərləri təbrik edirik!

Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz. Allahın rəhmət pərdələrini üzərimizə çəkmək üçün ən gözəl fürsətdir. Fürsəti əldən verməyək.

Yenə bir il ötdü. Allah bizə lütf eylədi, gözəl bir qonaqlığa bizi dəvət etdi. Arzum budur bu süfrədən bacardıqca çox bəhrələnək, özümüzü yaxşı qonaq kimi aparaq ki, növbəti ilə Allah yenə də bizi dəvət etsin!

On bir ayın Sultanı Ramazan gəldi. Gəldi ki, könüllər İlahi rəhmətə qovuşsun, gəldi ki, könüllər İlahi bərəkətlə oyanış tapsın, gəldi ki, insanlıq yenidən dirilsin. Nəhayət, bütün insanlara qucaq açaraq gəldi, könüllər Sultanı. Siz də özünüzü bu gözəllikdən ayırmayın!

Ramazan ayınız mübarək. Bu ayda oruc tutan iki dəfə sevinir. Biri - iftarını açanda, biri isə Qiyamətdə həmin orucun mükafatı veriləndə. Tutduğunuz orucların sevinci təqva olar, İnşəallah.

Bu ayda Allahın rəhmət yağışı üzərimizə yağır. Əgər çətirlərimizi bir qədər kənara çəksək və özümüzü bu rəhmətlə islatsaq, bir il boyu onun faydasını görərik. Bu ayda ilahi faydalardan kənarda qalmayasınız!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 167 Bölmə: Maraqlı melumatlar