beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ZƏM – ZƏM Suyu

ZƏM – ZƏM suyu

Zəm–Zəm quyusu və onun tarixi haqqında qismən də olsa, hər kəsin məlumatı vardır.Tarix boyu bir çoxları Zəm-Zəm suyunu adi quyu suyu olaraq qəbul etsə də, aparılan araşdırmalar onun qəribə özəlliklərini üzə çıxardı.
1971-ci ildə bəzi alimlər Zəm-Zəm quyusunun dəniz səviyyəsindən aşağı olması və Məkkənin mərkəz nöqtəsində yerləşməsini nəzərə alaraq içməyə yararsız olduğunu iddia etməyə başladılar. Bu səbəbdən quyunun araşdırılmasını istədilər.Quyuda araşdirmalarımalar apararkən ilk növbədə onun ölçülərini öyrənilməyə başlandı. Dərinliyi 18 , eni 14 addım olan Zəm-zəm quyusu İbrahim peyqəmbərin zamanından etibarən bu günədək hər il zəvvarlara, Məkkə və Mədinə şəhərlərinə milyon tonlarla su verməkdədir.
Quyuda araşdırmalar apararkən ilk növbədə suyun gözünü axtarıb tapmaq tələb olunurdu.lakin nə qədər çox axtarsalar da suyun mənbəyini tapmaq mümkün olmadı. Suyun mənbəyini tapmaq üçün yeganə bir yol qalırdı-quyu suyunu güclü su nasoslarla tam çıxarılması. Çox qəribədir ki, nasosların fasiləsiz işləməsinə baxmayaraq quyudan su tükənmir, eyni səviyyədə qalırdı. Bundan sonra son dəfə quyuya enib suyun mənbəiyni tapmağa cəhd edirlər. Bu zaman qəribə bir şey ortaya çıxır. Quyunun dibində, ayalarının altındakı qumun tərpəndiyini hiss edirlər. Addım atilan hər yerdə bu hiss olunurdu. Zəm-Zəm quyusunun dibi tam olaraq su fışqırırdı. Yalnız bundan sonra təzyiqlə çıxan bu su axınının qarşısında su motorlarının niyə aciz qaldığını başa düşürlər.Sonra təsqiq olundu ki, Zəm-Zəm quyusuna onun divarlarından heç bir su sızması yoxdur.Quyuya dolan su ancaq quyunun dibindən-yerin tərkindən çıxan suyun hesabınadır.Bu isə qurunt suların quyuya axması ilə bağlı mövcud iddialara və şübhələrə son qoymaq üçün kifayət idi. Beləliklə, analiz suyun içməiyə tam yararlı olduğunu təsdiqləyir.Yarandığı gündən bəri bu quyunun suyu bir dəfə də olsun nə quruyub,nə də azalıb. Quyunun başqa qəribəliklərindən biri isə digər quyulardan fərqli olaraq divarlarında mamır və başqa bitkilərin bitməməsidir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar