beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"ALLAH"-in Tez-tez Adını çəkmək

"ALLAH"-in tez-tez adını çəkmək insanın sağlamlığına müsbət təsir göstərir.

Müsəlman olmayan Van der Hoven öz kəşfini 3 il ərzində bir çox xəstələr üzərində apardığı dərin tədqiqatlarla təsdiqləyir. Onların bəziləri müsəlman deyildi, çoxu isə ərəbcə söz belə də bilmirdi. Xəstələrin hamısına "Allah" sözünü düzgün tələffüz etməyi öyrədiblər. Nəticələr, xüsusilə ruh düşkünlüyünə məruz qalan, psixoloji gərginlikdən əziyyət çəkən insanlarda son dərəcə heyrətləndirici olub. Psixoloqun fikrincə, Quranı ərəbcə oxuya bilən və bu Müqəddəs Kitaba daim müraciət edən müsəlmanlar psixoloji xəstəliklərdən müdafiə olunublar. "Allah" sözünü ərəbcə təkrar etmək də yaxşı nəticə verir. O izah edib ki, "Allah" sözündə hər bir hərf psixoloji xəstəliklərin müalicəsində öz rolunu oynayır.

"A" hərfinin tələffüzü nəfəs almaya nəzarət edərək, tənəffüs sisteminin işini qaydaya salır.

"L" hərfinin ərəb tərzində tələffüzü nəfəs almanı asanlaşdırır.

"H" hərfinin tələffüzü ağ ciyərlə ürək arasında əlaqə yaradır ki, bu da, öz növbəsində, ürək döyüntülərini stimullaşdırır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar