beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Vaxt Gelirsen Namaza?

Dinc durmayır dilim yenə,
Çünki demək borcdu mənə,
Bir sualım vardı sənə:
Günlərin gedir güdaza,
Nə vaxt gəlirsən Namaza?

Nəzər eylə bir Qur'ana,
Əmr olunub hər insana,
Yenə uyub o şeytana,
Demə qaldı gələn yaza.
Nə vaxt gəlirsən Namaza?

Soymaqdansa bu milləti,
Düşün bir az axirəti,
Bəsdir yığdın var-dövləti,
Versənə nəzir-niyaza.
Nə vaxt gəlirsən Namaza?

Heyvanlar edir ibadət,
Boğur məni bu xəcalət,
Xoruzda da var kəramət.
Qulaq as ondakı avaza,
O da çagırır Namaza.
Nə vaxt gəlirsən Namaza?


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar