Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deccalin Elametleri

Oxuyun...

Dəccalın Əlamətləri..



Saçı qıvırcıq, qısa boylu, gözü kor və ya üzə pırtlamış üzüm giləsi kimi, iyrənc qoxulu, gənc cüssəli və heybətlidir. Alnında kafir kəliməsi yazılmışdır. (Bunu yalnız iman sahibi olan insanlar görə bilər). Hədislərdə deyildiyinə görə küləkdən sürətli, yağış yağdırıb, dünyada bolluq və ya qıtlıq yarada biləcək, insanları inandırmaq üçün Allahın izni ilə insanları həm öldürə, həmdə ki, dirildə bilər. Bundan sonra ilk öncə "Peyğəmbər" daha sonra isə "Allah" olduğunu (Əstəğfirullah) iddia edəcək. Ona ilk öncə Yəhudilər sonra Xristianlar daha sonra isə imanı zəif olan Müsəlmanlar aldanacaqlar. Onun bir tərəfi su, bir tərəfi isə oddur zahirdə. Əslində isə onun suyu od, odu isə sudur. O bütün dünyanı ələ keçirəcək yalnız və yalnız "Məkkə və Mədinə" şəhərindən başqa. Dəccal ona iman gətirənləri bol ruzi və arzuladığı hər şey ilə təmin edəcək. Amma ona inanmayıb yalanlayan, insanları isə əziyyət edəcək övladlarını gözlərinin qabağında susuzluqdan öldürəcək. O, yer üzərində 40 gün qalacaq. Dəccalın bir günü 40 gün, bir günü 1 ay, bir günü adi gün kimi, son günü isə çox qısa yəni insan şəhər qapısından girdikdə səhər digər qapısına çatdıqda isə artıq gecə olmuş olacaq. Deyilənə görə dəccalın yanında iki Mələk olacaq biri sağ, digəri isə sol tərəfində duracaq. Dəccal hər kəsə mən sizin Rəbbinizəm dedikdə sağ tərəfindəki mələk sən yalan dedin deyər. Onu yalnız sol tərəfdəki mələk eşidər oda birinci Mələyə sən düz dedin deyər, amma bunu hər kəs eşidər. Və mələyin Dəccalın dediyini təsdiqlədiyini düşünüb, ona iman apararlar. Bu bizim üçün Rəbbimiz tərəfindən göndərilmiş imtahan olacaq hədislərin birində deyildiyinə görə Dəccal insanların arasından çıxacaq. Xorasan, Şam və ya Şam ilə İraq arasındakı yoldan çıxacaq. Hər kəs onunla üz-üzə gələrsə "Əl-Kəf" surəsinin ilk ayələrini oxumaq məsləhət görülür. Onun ölümü isə "Mehdi Sahib Zamanın" zuhurundan sonra olacaq.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Maraqlı melumatlar
loading...