beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZ-Dinin Sutunudur!

Bütün həmd və sitayişlər yalnız Ona məxsusdur.Allahın salavat və salamı olsun peyğəmbərimiz həzrət Məhəmmədə(səlləllahu ələyhi və alihi və səlləm),onun məsum,pak Əhli-beytinə və pərhizkar səhabələrinə!
İslam dini insan həyatının cism və ruhunu nizamlayan həyat proqramıdır.Onun müəyyən etdiyi ibadətlər,xüsusilə də namaz elə bir əməldir ki,ona lazımınca əhəmiyyət verib yerinə yetirənlər dünya və axirət səadətinə nail olarlar.
Namaz paklıq və düzgünlük məktəbidir,insanları yüksək əxlaqi səviyyələrə və uca məqamlara çatdırar.Allah-taalaya qarşı imanımızı artırır,xalq arasında bərabərlik yaradır,nəfsimizi çirkin niyyətlərdən və yaramaz şəhvətlərdən azad edir.İnsanlar arasında qarşılıqlı həmkarlıq və ictimai əlaqələrin genişlənməsinə səbəb olur,ümumbəşəri hislər yaradaraq xalqa xidmət,Allah yolunda cihad və insani dəyərlərin dirçəldilməsi kimi ülvi məqsədləri gerçəkləşdirir.
Namaz hər bir müsəlmanın sair ibadətlərinə,əməllərinə və gündəlik rəftarına təsir göstərərək onların hamısını yeganə bir yola doğru yönəldir.Onları haramdan çəkindirib azğınlıq,pislik və zülmkarlıqdan saxlayır,yaxşılıq,doğruluq,ədalət və ehsana doğru dəvət edir.Beləliklə də,müsəlman həyatı nizamlanır və cəmiyyətdə asayiş və əmin-amanlıq hakim olur.Namaz islam dininin əməli hökmləri arasında vacib edilən ilk göstəriş olduğu kimi,qəbirdə soruşulan ilk sual sa hesab olunur.Namazı tərk etmək Cəhənnəmə daxil olmağın da əsas və ilk səbəblərindəndir.Qurani-kərimdə buyurulur-Cəhənnəm əhlindən soruşarlar-"Sizi Cəhənnəmə salan nədir?".Onlar deyəcəklər-"Biz namaz qılanlardan deyildik.".(Müddəssir surəsi,ayə 42-43).Elə buna görə də namaz dinin sütununa çevrilmişdir ki,o,qəbul olunsa,insanın digər əməlləri də qəbul olunar,əks təqdirdə sair əməlləri də rədd edilər.
Mən bu məqalanı əziz dostlara təqdim etməklə müsəlmanların yalnız namazın qaydalarını öyrənməsini deyil,həm də onların namaz qılıb onu dirçəltməsini arzu edirəm.
Ümid edirəm ki,uzun illər öz islam qayda-qanunlarını öyrənməsi yasaq olunmuş müsəlman xalqımız müqəddəs dinimizin yenidən rövnəqləndirilməsi yolunda əzm və iradə ilə çalıçacaqsınız,cahiliyyət,fəsad və küframiz təfəkkürdən uzaqlaşmaqla yanaşı,öz namazınızı da lazımınca yerinə yetirərsiz.Allah-taaladan hamınıza hidayət və səadət arzulayıram!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar